ADPU-nun Şamaxı filialında “Əhməd Cavad dühası” adlı tədbir keçirildi.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadənin) anadan olmasının 130 illiyinin qeyd olunması məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında “Əhməd Cavad dühası” adlı tədbir keçirildi. Sözləri Əhməd Cavada məxsus olan Azərbaycanın Dövlət Himninin səslənməsi […]

Zəfər Gününə həsr olunmuş yarışlar

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən İdman Klubunun təşəbbüsü və təşkilatçılığı ilə Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş intellektual və dama yarışları keçirilmişdir. Yarış iştirakçıların böyük marağına səbəb olub və filialın müxtəlif ixtisaslarından olan tələbələrin iştirakı ilə baş tutub. Yarışın əsas məqsədi gənclər arasında elmi və məntiqi düşüncə tərzinin inkişafın, strateji təfəkkürün formalaşmasına və tələbələr arasında sağlam rəqabət mühitinin yaradılmasına töhfə vermək olub. Yarış zamanı tələbələr fərdi və komanda şəklində mübarizə apararaq biliklərini, məntiqi düşünmə qabiliyyətlərini və strateji […]

AMEA-nın 80 illiyi – Prezident İlham Əliyevin elmi inkişaf strategiyasına baxışı

Müəllif: Riyaziyyat və komputer elmləri kafedrasının müəllimi Dürdanə Heydərova 3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş tədbirdə Prezident İlham Əliyevin çıxışı ölkəmizdə elmin, texnologiyanın və milli intellektual potensialın inkişafına dair əhatəli baxışı ilə yadda qaldı. Dövlət başçısı həm […]

ADPU-nun Şamaxı filialında Namiq Kamalın “Vətən, yaxud Silistrə” pyesi əsasında növbəti Yaradıcı Drama dərsi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Dil, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Hüseynova Türkanın rəhbərliyi altında Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III tədris ili tələbələrinin iştirakı ilə görkəmli Osmanlı-Türk şairi, dramaturq və yazarı  Namiq Kamalın “Vətən, yaxud Silistrə” pyesi əsasında növbəti yaradıcı drama dərsi keçirilmişdir. Tələbələr əsərin süjet xəttini, ideya-bədii xüsusiyyətlərini və qəhrəmanların daxili aləmini təhlil edərək, personajların rollarını yaradıcı şəkildə canlandırmışlar. Bu proses həm ədəbiyyat dərslərində interaktiv yanaşmanın tətbiqinə, həm də tələbələrin bədii təfəkkür və nitq bacarıqlarının inkişafına xidmət etmişdir. Tədris zamanı müəllim Hüseynova Türkan Yaradıcı Drama metodunun əhəmiyyətindən danışaraq vurğulamışdır ki, bu cür dərslər tələbələrdə ədəbi zövqün formalaşmasına, həmçinin gələcək müəllim kimi şagirdlərlə iş prosesində yenilikçi yanaşmaların tətbiqinə zəmin yaradır. Sonda tələbələr əsərdən səhnəciklər nümayiş etdirərək həm müəllim, həm də qrup yoldaşları tərəfindən yüksək qiymətləndirilmiş, dərs müzakirə və fikir mübadiləsi ilə yekunlaşmışdır. Bu cür yaradıcı dərslərin keçirilməsi tələbələrin peşəkar hazırlığının artırılmasında və müasir pedaqoji təcrübənin tətbiqində mühüm rol oynayır.