Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Pedaqogika və pixologiya kafedrasının müəllimləri dos. Ağayeva Tamilla və Əfəndiyeva Teybə tərəfindən Təhsildə sosial-psixoloji xidmət fakültəsinin III kurs tələbələrinə “Ali məktəb tələbələrinə psixoloji xidmətin təşkili “ mövzusunda seminar keçirildi
- Əfəndiyeva tələbələrə psixoloji xidmət, psixoloji xidmətin vəzifə, metod və prinsipləri haqqında qısa məlumat verildi. T.Ağayeva ali məktəb tələbələrinə göstərilən psixoloji xidmətin məktəblilərə göstərilən psixoloji xidmətdən fərqi, istifadə edilən metod və vasitələri haqqında geniş məlumat verdi və tələbələrin ali məktəblərdə qarşılaşdığı problemlər, onların xüsusiyyətləri və aradan qaldırılma üsul və yolları haqqında danışdı.
Sonda mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırıldı.