Müəllimlərimizin növbəti nailiyyəti

ADPU-nun Şamaxı filialının müəllimləri – Sosial və xüsusi fənlər kafedrasının müdiri b.f.d. Əkbəri Təranə və Dil- ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Hüseynova Türkan ixtisasları ilə bağlı beynəlxalq “Course” təlimlərinə qoşulmuş və sertifikat əldə etmişlər. Əməkdaşlarımızı təbrik edir və uğurlarının davamlı olmasını arzulayırıq.

Uşaq Səfirlər Məclisi ADPU-nun Şamaxı filialında

30 sentyabrda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında yaradılan Uşaq Səfirlər Məclisinin Şamaxı rayon nümayəndələrinin təşəbbüsü, Şamaxı Rayon İcra Hakimiyyəti və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında (ADPU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suverenliyin […]