ADPU-nun Şamaxı filialının əməkdaşları “Tələbə mərkəzli keyfiyyət təminatı sistemi” adlı təlimdə iştirak etdilər.

18 iyun 2024-cü il tarixində Bakı şəhərində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkil etdiyi “Tələbə mərkəzli keyfiyyət təminatı sistemi” adlı təlim keçirildi. Təlimdə filialın Pedaqoji fakültəsinin dekanı Qahirə Şahbazova və Keyfiyyətin təminatı şöbəsinin müdiri Ruqiyyə Babaşova iştirak etmişdir. Təlimçi prof.Dr.Olgun Çiçek tələbə mərkəzli keyfiyyət təminatı […]

“Heydər Əliyev irsinin varisləriyik!” adlı Tələbə Elmi Cəmiyyətinin 18-ci elmi konfransı keçirildi.

17 may tarixində ADPU-nun Şamaxı filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev irsinin varisləriyik!” adlı Tələbə Elmi Cəmiyyətinin (TEC) 18-ci elmi konfransı keçirildi. Filialın akt zalında konfransın plenar iclası keçirildi. İlk olaraq xalqımızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin […]

ADPU-nun Şamaxı filialında Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş fənn olimpiyadası keçirilib.

ADPU-nun Şamaxı filialında Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş fənn olimpiyadası keçirilib. Pedaqogika və psixologiya, riyaziyyat, tarix və coğrafiya, Azərbaycan dili və ədəbiyyat  fənnlərindən fənn olimpiadaları keçirilib.  Olimpiada böyük marağa səbəb oldu və 100-dən çox tələbə iştirak edirdi. Anonim və şəffaf şəkildə yoxlanma […]