2025/2026-CI TƏDRİS İLİNDƏ AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNİN ŞAMAXI FİLİALINA QƏBUL OLMUŞ TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialına qəbul olunmuş abituriyentlərin sənəd qəbulu 28 avqust – 08 sentyabr tarixlərində onlayn formada aparılacaqdır.
2025/2026-cı tədris ilində ADPU-nun Şamaxı filialının bakalavriat səviyyəsinə qəbul olmuş şəxslər https://portal.edu.az portalına daxil olaraq “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsil alan qeydiyyatı” xidmətini seçməli və onlayn qeydiyyatdan keçməlidirlər.
Onlayn qeydiyyat zamanı tələb olunan sənədlər:
Hərbi biletin surəti (hərbi xidmətdə olmayanlar üçün çağırışçı vəsiqəsi)
Təhsil haqqından azad olan imtiyazlı şəxslər üçün müvafiq sənədlərin surəti.
Qeyd:
Ödənişli əsaslarla təhsil alacaq tələbələr illik təhsil haqqının minimum 50%-ni ödəməlidirlər.
Təhsil haqqını ödəməkdə çətinlik çəkən şəxslər Tələbə Təhsil Krediti Fonduna (TTKF) müraciət edə bilərlər.
https://portal.edu.az portalında qeydiyyat etməyən şəxslər Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul olunmamış hesab ediləcək və onlar barəsində qəbul əmri verilməyəcəkdir.

Qeydiyyatı təsdiqlənmiş abituriyentlər filiala gələn zaman aşağıdakı sənədləri təqdim etməlidirlər:

Tam orta təhsil haqqında sənəd (Attestat) və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi barədə sənəd (Subbakalavrlar üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında arayış və ya diplom);
Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə; (hicablı olanlar şəxsiyyət vəsiqəsindəki şəkli kimi)-4 ədəd
Şəxsiyyət vəsiqəsinin surəti – 6 ədəd
Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim olunma haqqında sənəd (ağ bilet, oğlanlar üçün)
Tibbi arayış (Forma 086, şəkilli)
Qəbul olunma haqqında sənəd (Dövlət İmtahan Mərkəzinin portalından çıxarılır)
Yaşayış yeri haqqında arayış (tələbənin adına)
Təhsil haqqından azad olan imtiyazlı şəxslərin sənədlərinin notarial qaydada təsdiqlənmiş surətləri.
Müqavilə (Ali təhsil müəssisəsi tərəfindən veriləcək, valideynlər birinin iştirakı mütləqdir)

Abbas Səhhətin 150 illiyinə həsr olunmuş “Vətəni sevməyən insan olmaz” Respublika elmi konfransı keçiriləcək.

Abbas Səhhətin 150 illiyinə həsr olunmuş “Vətəni sevməyən insan olmaz” Respublika elmi konfransı  (online və üz-üzə iştirak) 31 may 2024-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Abbas Səhhətin 150 illiyinə həsr olunmuş “Vətəni sevməyən insan olmaz” adlı Respublika Elmi konfransı keçiriləcəkdir. KONFRANSDA İŞTİRAK ŞƏRTLƏRİ […]

ADPU-nun Şamaxı filialı vakant vəzifələr üçün müsabiqə elan edir.

  Sosial və xüsusi fənlər kafedrasının müdiri; Riyaziyyat və kompüter elmləri kafedrasının müdiri; Dil, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri. Müsabiqədə iştirak etmək istəyənlərin sənədləri “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”nın tələblərinə uyğun olaraq bu elan qəzеtdə və […]