Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları ADPU-nun Şamaxı filialının qonağı olub.

Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Şamaxı filialının qonağı olub. Onlar filialı daha yaxından tanımaq məqsədilə tədris prosesi və maddi-texniki baza ilə tanış oldular. Filialda gəzintinin ardınca Şamaxı Rayon İcra Hakimiyyəti və  Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Şamaxı filialının birgə […]

Kitabxana və elektron resurslar şöbəsinin müdiri Vəsilə Razimini 50 illik yubileyi münasibətilə təbrik edirik.

ADPU-nun Şamaxı filialının Kitabxana və elektron resurslar şöbəsinin müdiri Vəsilə Razimini 50 illik yubileyi münasibətilə başda direktorumuz Tünzalə xanım olmaqla filialın bütün kollektivi adından təbrik edir, uzun ömür, can sağlığı və fəaliyyətində müvəffəqiyyətlər arzu edirik.

Ana dilimizdə düzgün danışaq!

ADPU-nun Şamaxı filialında bütün ixtisaslar üzrə “Azərbaycan dilində işgüzar və akademik kommunikasya” fənni tədris olunur. Fənnin tədrisində nəzəri, təcrübi məşğələlər nəzərdə tutulmuşdur. Gələcəyin peşəkar mütəxəssisi olacaq hər bir tələbə ixtisas və peşəsindən asılı olmayaraq effektiv kommunikasiya vərdişlərinə yiyələnməlidir. Cəmiyyətin qabaqcıl mütəxəssisinin səviyyəsi, mədəniyyəti ən əvvəl […]