ADPU-nun Şamaxı filialında yubiley tədbiri keçirilib.

Filialın Sosial və xüsusi fənlər kafedrasının dosenti Cavadova Zərifənin 65 illik yubileyi qeyd olunub.

Tədbirdə Zərifə müəllimənin uzunillik səmərəli pedaqoji fəaliyyəti, elmi-pedaqoji sahədə qazandığı nailiyyətlər və gənc nəslin yetişdirilməsində göstərdiyi xüsusi xidmətlərdən bəhs olunub və onun tələbələr arasında qazandığı hörmət xüsusi vurğulanıb.

Tədbir zamanı yubilyara xoş arzular çatdırılıb, ona möhkəm can sağlığı, uzun ömür, yeni elmi uğurlar və gələcək fəaliyyətində davamlı nailiyyətlər arzulanıb.