ADPU-nun Şamaxı filialında Karyera Mərkəzi 2019-cu ildən ictimai əsaslarla fəaliyyətə başlamışdır. Həmçinin 2023-cü ildən isə filialın yenilənmiş strukturuna karyera və məzunlarla iş üzrə mütəxəssis vəzifəsi əlavə olunmuşdur. Karyera Mərkəzi təhsilalanların intellektual və mədəni inkişafı, peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi ilə yanaşı, onların məşğulluq problemlərinin həll edilməsi üzrə kompleks təşkilati, texniki, informasiya xidmətlərini həyata keçirir, karyera məsləhəti xidmətləri göstərir, məzunların əmək bazarında fəaliyyətləri, karyera yüksəlişlərini izləyir, məmnunluq sorğuları təşkil edir. Mərkəzin təşkilatçılığı ilə keçirilən məzun görüşlərində onların tövsiyə və təklifləri dinlənilir, gələcək fəaliyyətlər üçün nəzərə alınır. Mərkəz ali təhsil müəssisəsi ilə əmək bazarı arasında körpü rolunu oynayır.
Karyera Mərkəzinin fəaliyyəti istiqamətləri:
- Məzunların məlumatlarının elektron formada sistemləşdirilməsi
- Filialın öz sahəsində uğur qazanmış əvvəlki illərin məzunu ilə tələbələrin görüşlərinin keçirilməsi
- Filialın mütəxxəsis hazırlığı aparılan ixtisasları üzrə ümumtəhsil məktəblərində görüşlərin təşkili
- İxtisaslar üzrə məzunların işə qəbul imrtahanlarının nəticələrinin araşdırılması və məlumatların toplanması
- Məzunlar Assosiasiyasının əsaslı təsis olunaraq fəaliyyətinin gücləndirilməsi
- Məzunların işlə təmin olunmasında , əmək bazarında öz bilik və bacarıqlına uyğun iş tapmaqlarında onlara dəstək göstərilməsi
- Tələbələrin karyera inkişafında dəstək tədbirlərinin həyata keçirilməsini təmin etmək
- Filialda müxtəlif ixtisaslara uyğun vakansiyalar barədə məlumatların toplanması və vakansiya yarandıqda öz məzunlarına üstünlük verilməsi
- İşə qəbul yolunda problemlərin aradan qaldırılması üçün təlim və seminarlar təşkil etmək
- Bölgəmizdə ixtisaslı kadr axtarışı zamanı yeganə pedaqoji təmayüllü universitet olaraq, öncə ADPU-nun Şamaxı filialı ilə əməkdaşlıq etmələrini təmin etmək.
Əziz məzunlar xahiş edirik aşağıdakı sorğuda iştirak edəsiniz. https://forms.gle/RpSymrVvEnBo6etM7
