Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında “Kitabxana və elektron resurslar şöbəsi”ndə görkəmli Azərbaycan dramaturqu, nasir, maarif xadimi, yazıçı və pedaqoq Süleyman Sani Axundovun anadan olmasının 150 illik yubileyi münasibətilə “Süleyman Sani Axundov – Ədəbi irsin 150 ili” adlı oxucu disputu keçirildi. Həmçinin, kitabxanada bu münasibətlə xüsusi guşə yaradılmışdır.
“Kitabxana və elektron resurslar şöbəsi”nin müdiri V.N.Razimi S.S.Axundovun əsərlərinin gənclərin təlim-tərbiyəsində rolundan danışaraq oxuculara bildirdi ki, dramaturqun ədəbi irsi hər dövr üçün tərbiyəvi əhəmiyyətə malikdir. Daha sonra “Dil-ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının müdiri, f.f.d. Eyvaz Eminalıyev S.S.Axundovun ərəb əlifbasının islahı və ana dilində proqram tərtib etmək təşəbbüsündən, məktəb dərsliklərinin tərtib edilməsində böyük xidmətlərindən söhbət açdı.
Tədbir diskussiya şəklində davam etdi.

