Zəfər Gününə həsr olunmuş yarışlar

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən İdman Klubunun təşəbbüsü və təşkilatçılığı ilə Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş intellektual və dama yarışları keçirilmişdir. Yarış iştirakçıların böyük marağına səbəb olub və filialın müxtəlif ixtisaslarından olan tələbələrin iştirakı ilə baş tutub. Yarışın əsas məqsədi gənclər arasında elmi və məntiqi düşüncə tərzinin inkişafın, strateji təfəkkürün formalaşmasına və tələbələr arasında sağlam rəqabət mühitinin yaradılmasına töhfə vermək olub. Yarış zamanı tələbələr fərdi və komanda şəklində mübarizə apararaq biliklərini, məntiqi düşünmə qabiliyyətlərini və strateji […]

ADPU-nun Şamaxı filialında Namiq Kamalın “Vətən, yaxud Silistrə” pyesi əsasında növbəti Yaradıcı Drama dərsi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Dil, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Hüseynova Türkanın rəhbərliyi altında Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III tədris ili tələbələrinin iştirakı ilə görkəmli Osmanlı-Türk şairi, dramaturq və yazarı  Namiq Kamalın “Vətən, yaxud Silistrə” pyesi əsasında növbəti yaradıcı drama dərsi keçirilmişdir. Tələbələr əsərin süjet xəttini, ideya-bədii xüsusiyyətlərini və qəhrəmanların daxili aləmini təhlil edərək, personajların rollarını yaradıcı şəkildə canlandırmışlar. Bu proses həm ədəbiyyat dərslərində interaktiv yanaşmanın tətbiqinə, həm də tələbələrin bədii təfəkkür və nitq bacarıqlarının inkişafına xidmət etmişdir. Tədris zamanı müəllim Hüseynova Türkan Yaradıcı Drama metodunun əhəmiyyətindən danışaraq vurğulamışdır ki, bu cür dərslər tələbələrdə ədəbi zövqün formalaşmasına, həmçinin gələcək müəllim kimi şagirdlərlə iş prosesində yenilikçi yanaşmaların tətbiqinə zəmin yaradır. Sonda tələbələr əsərdən səhnəciklər nümayiş etdirərək həm müəllim, həm də qrup yoldaşları tərəfindən yüksək qiymətləndirilmiş, dərs müzakirə və fikir mübadiləsi ilə yekunlaşmışdır. Bu cür yaradıcı dərslərin keçirilməsi tələbələrin peşəkar hazırlığının artırılmasında və müasir pedaqoji təcrübənin tətbiqində mühüm rol oynayır.

“Milli qürur günümüz”

ADPU-nun Şamaxı filialının Kitabxana və elektron resurslar şöbəsində 8 Noyabr “Zəfər Günü”nə həsr olunmuş “Milli qürur günümüz” mövzusunda tədbir keçirildi. İlk öncə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən övladlarının xatirəsi bir dəqiqəlik  sükutla yad edildi. Kitabxana və elektron resurslar şöbəsinin müdiri V.N.Razimi giriş sözü ilə […]