Kapital Bankın Könüllülük Proqramı ADPU Şamaxıda

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Kapital Bankın Könüllülük Proqramı təqdimatı keçirildi.  Görüşdə Kapital Bankın direktoru Toğrul Əliyev filialın Riyaziyyat və informatika müəllimliyi ixtisasının tələbələri ilə bir araya gəldi. Görüşün əsas məqsədi tələbələri könüllülük proqramı ilə tanış etmək və bu proqramın onların peşəkar inkişaflarına necə təsir […]

ADPU-nun Şamaxı filialında elmi-tədqiqat işlərinin ilkin müzakirəsi keçirildi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında noyabr ayı ərzində kafedraların elmi – tədqiqat işlərinin ilkin müzakirəsi həyata keçirildi. Sosial və xüsusi fənlər kafedrasında 12, Riyaziyyat və kompüter elmləri kafedrasında 8, Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasında 9, Pedaqogika və psixologiya kafedrasında isə 4  müəllimin elmi-tədqiqat işi müzakirə […]

ADPU-nun Şamaxı filialında cari ilin məzunları ilə görüş keçirildi

Görüş zamanı filialın direktoru dos. Tünzalə Yusifova cari ildə bakalavr təhsilini uğurla başa vuraraq diplom əldə edən məzunları səmimi qəlbdən təbrik etmiş, onların bu nailiyyətini böyük qürurla qeyd etmişdir. O, məzunlara gələcək karyera hədəflərini düzgün müəyyənləşdirmək üçün dəyərli məsləhətlər verərək, qarşıdakı mərhələlərdə özlərinə inamla addımlamağın vacibliyini vurğulamışdır. Dosent Tünzalə Yusifova görüş zamanı MİQ imtahanlarına hazırlığın əhəmiyyətinə toxunaraq, müasir bilik və bacarıqlar bazarında daim yenilənməyin önəmli olduğunu qeyd etmişdir. O, magistratura pilləsində təhsilini davam etdirən məzunlarla da səmimi söhbət edərək, onların daxil olduqları ali təhsil müəssisələrinə adaptasiya prosesində qarşılaşa biləcəkləri çətinliklər və imkanlar barədə fikir mübadiləsi aparmışdır. Sonda direktor məzunlara gələcək karyeralarında ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməyin vacibliyini vurğulamış, qarşıdakı fəaliyyətlərində onlara uğurlar və yeni zirvələr fəth etməyi arzulamışdır.