ADPU-nun Şamaxı filialında İşə qəbul komissiyası”nın növbəti iclası keçirildi.

Filialın “ İşə qəbul komissiyası”nın 20.02.2026-cı il tarixində növbəti iclası keçirildi. İclasın məqsədi İnzibatı-təsərrüfat şöbəsinə, müdir vəzifəsinə ərizə və CV ilə müraciət etmiş İlyasov Nadir Ağasəf oğlunun sənədlərinə baxış və özü ilə tanışlıq idi. İclasda iştirak edən komissiyanın sədri dosent Tünzalə Yusifova, komissiyanın üzvləri və […]

ADPU-nun Şamaxı filialında “İnsan kapitalının inkişafında gənclərin rolu” mövzusunda tələbələrlə görüş keçirildi.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında “İnsan kapitalının inkişafında gənclərin rolu” mövzusunda tələbələrlə görüş keçirildi. Görüşdə Milli Məclisin deputatları — Tamam Cəfərova, Şahin Seyidzadə, Novruz Aslan və Elçin Mirzəbəyli iştirak edirdilər. Tədbir iştirakçıları əvvəlcə filialın şəhid-məzunlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə tər güllər düzdü, […]

ADPU-nun Şamaxı filialında Pedaqoji fakültənin Elmi Şura iclası keçirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında 10 fevral 2026-cı il tarixində Pedaqoji fakültənin Elmi Şura iclası keçirilib. İclasda 2025/2026-cı tədris ilinin Payız imtahan sessiyasının yekunları, II semestrə hazırlıq və fakültə üzrə tədris prosesinin vəziyyəti müzakirə olunmuşdur. İclasda tələbələrin akademik göstəriciləri ətraflı təhlil olunmuş, yüksək nəticələr […]