“Süleyman Sani Axundovun 150 illiyi – Ədəbi irsə həsr olunmuş oxucu disputu”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında “Kitabxana və elektron resurslar şöbəsi”ndə  görkəmli Azərbaycan dramaturqu, nasir, maarif xadimi, yazıçı və pedaqoq Süleyman Sani Axundovun anadan olmasının 150 illik yubileyi münasibətilə “Süleyman Sani Axundov – Ədəbi irsin 150 ili” adlı oxucu disputu keçirildi. Həmçinin, kitabxanada bu münasibətlə xüsusi […]

ADPU Şamaxı növbəti əmək yarmarkasında təmsil olundu

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının əməkdaşları Dövlət Məşğulluq Agentliyinin Dağlıq-Şirvan Regional Məşğulluq Filialı tərəfindən təşkil olunan əmək yarmarkasında fəal iştirak etdilər. Tədbirin əsas məqsədi bölgədə iş axtaran vətəndaşlarla işəgötürənləri bir araya gətirmək, onlara mövcud iş imkanları barədə dolğun məlumat təqdim etmək idi. Şamaxı filialı bu əmək yarmarkasında 7 müxtəlif vakansiya ilə təmsil olunaraq həm məzunlara, həm də iş axtaran digər vətəndaşlara iş imkanları təqdim etdi. Yarmarkaya müraciət edənlər arasında filialı əvvəlki illərdə bitirmiş məzunlarla yanaşı, cari ildə təhsilini tamamlayacaq tələbələr də iştirak edirdilər. Onlara təklif olunan vəzifələr, işin mahiyyəti, öhdəliklər və tələb olunan bacarıqlar haqqında geniş və ətraflı məlumat verildi. Filial əməkdaşları həmçinin iştirakçıların suallarını cavablandırdı, əlavə olaraq onlara karyera planlaması və işə qəbul prosesi ilə bağlı tövsiyələr təqdim etdilər. Bu cür tədbirlərin məzunların əmək bazarına inteqrasiyasına və onların peşəkar inkişafına mühüm töhfə verdiyi bir daha vurğulandı.

ADPU-da Ali Təhsildə Keyfiyyət üzrə Beynəlxalq Konfrans və Beynəlxalq Müəllim Hazırlığı Konfransı keçirilib

Noyabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) YÖKAK, TKTA, ADPU, Sakarya və Çankaya universitetlərinin birgə təşkilatçılığı ilə “Ali Təhsildə Keyfiyyət üzrə Beynəlxalq Konfrans (ICQH)” və “Beynəlxalq Müəllim Hazırlığı Konfransı (ITEC)”nin açılış mərasimi keçirilib. Tədbirdə elm və təhsil ictimaiyyətinin nümayəndələri, ali məktəb rəhbərləri, millət vəkilləri, diplomatik korpusların təmsilçiləri  müxtəlif ölkələrdən alimlər o cümlədən ADPU-nun Şamaxı filialının əməkdaşları Sosial və humanitar məsələlər üzrə direktor müavini p.f.d. Şəlalə Seyidova, Pedaqoji fakültə dekanı baş müəllim Qahirə Şahbazova, Tədris şöbəsinin müdiri baş müəllim Ruqiyyə Babaşova və Keyfiyyətin təminatı şöbəsinin mütəxəssisi Təranə Mütəllimova da  iştirak ediblər. İlk olaraq Konfransın koordinatorları – Sakarya Universitetindən prof. Aytekin İşman və ADPU-dan dos. Eldar Aslanov hazırlıq prosesi barədə məlumat veriblər. Bildirilib ki, ICQH konfransına 210-dan çox, ITEC-ə isə […]