ADPU-nun Şamaxı filialının Tədris şöbəsinin müdiri Fəxrəddin Məmmədov 70 illik yubileyi münasibətilə təltif olunub.

ADPU-nun Şamaxı filialının Tədris şöbəsinin müdiri Fəxrəddin Məmmədov 70 illik yubileyi münasibətilə filialın direktoru dosent Tünzalə Yusifova tərəfindən Fəxri fərman ilə təltif olunub. Bu münasibətlə Fəxrəddin müəllimi bütün kollektiv adından  ürəkdən təbrik edir, möhkəm can sağlığı və işlərində müvəffəqiyyətlər arzu edirik!

ADPU-nun Şamaxı filialında payız semestrinin imtahan sessiyası öz işini uğurla davam etdirir.

Filialda imtahanlar bir qayda olaraq saat 9:00-da başlanır və 3 akademik saat davam edir. İmtahanların müvafiq qaydalara uyğun keçirilməsi üçün hər gün auditoriyalar hazırlıq vəziyyətinə gətirilir və dəhlizlərdə tam sakitlik təmin olunur. Həmçinin imtahan prosesinin operativ və şəffaf keçirilməsi üçün imtahan rəhbərləri və  nəzarətçi heyəti […]

ADPU-nun Şamaxı filialında 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş guşə hazırlanıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Kitabxana və elektron resurslar şöbəsinin təşkilatçılığı ilə 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş guşə hazırlanıb. Şöbənin müdiri Vəsilə Razimi və əməkdaşı Aytac Abıyeva sərgi haqqında ətraflı məlumat verərək ilə tələbələri məlumatlandırdı. Qeyd olunub ki, 20 Yanvar hadisələrin […]