ADPU-nun Şamaxı filialında YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib. Müşavirədə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Səbinə Xasayeva, YAP eni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, […]

Şəhid məzunumuz Elgün Əzizovun anım günündə əziz xatirəsi yad olunub.

Filialımızın məzunu, Vətənimizin bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan Əzizov Elgün Elman oğlunun əziz xatirəsini dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edirik. Onun Vətənə olan sevgisi, göstərdiyi qəhrəmanlıq və şərəfli həyat yolu hər zaman qürur mənbəyimiz olacaq. Elgün Əzizovun əziz xatirəsi qəlbimizdə […]

ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova Şəhid Beydiyev Nazim Eynulla oğlunun ailəsini ziyarət edib.

ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova Şəhid Beydiyev Nazim Eynulla oğlunun ailəsini ziyarət edib. Ziyarət zamanı şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, ailəsinə diqqət və qayğı göstərilib. Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı xalqımızın yaddaşında daim yaşayacaq.