8 Noyabr – Zəfər Günü münasibətilə “Regional İnkişaf” İctimai Birliyinin Dağlıq Şirvan regionundan olan könüllüləri üçün Fəxri xiyaban və Şəhidlər xiyabanına ziyarət, Hərbi Qənimətlər Parkına ekskursiya təşkil edilib. Ekskursiya zamanı Dağlıq Şirvan üzrə “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin əksəriyyətini məhz Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri təşkil edirdi.
