Adpu-nun Şamaxı filialının sənəd qəbulu komissiyası
Qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanmış bütün gəncləri təbrik edir, ADPU-nun Şamaxı filialını seçənlərə təşəkkürümüzü bildiririk. DİM-in rəsmi məlumatına əsasən, ali məktəblərə yeni qəbul olunmuş abituriyentlərin qeydiyyatı 07.09.2021-ci il tarixdən 20.09.2021-ci il tarixədək portal.edu.az platforması vasitəsilə həyata keçiriləcəkdir. Müəyyən olunmuş müddətdə həmin portalda qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.
Tələbə adı qazanmış şəxslər qeydiyyat başladığı tarixdən onlayn qaydada qeydiyyatdan keçmək üçün aşağıda siyahısı təqdim edilən sənədlərin scan variantını (elektron sürəti) portal.edu.az portalına göndərməli və qeydiyyatdan keçdikdən sonra bir həftə müddətində sənədlərin əslini (notarial qaydada təsdiq olunmuş) ADPU-nun Şamaxı filialının Sənəd Qəbulu Komissiyasına təqdim etməlidirlər:
1.Tələbə anketi (əlyazma qaydasında doldurulmuş qaydada); (Bax əlavə 1)
2.Tam orta təhsil haqqında sənəd (Attestat) və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi barədə sənəd (Kollec və ya ali təhsil müəssisəsinin 2020-2021-ci tədris ilinin məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında arayış və ya diplom);
3.Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə; (hicablı olanlar şəxsiyyət vəsiqəsindəki şəkli kimi)-6 ədəd ;
4.Şəxsiyyət vəsiqəsi və onun surəti ( 6 ədəd);
5.İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin notarial qaydada təsdiq olunmuş surəti (oğlanlar üçün);
6.Tibbi arayış (Forma – 086) (şəkilli);
7.İllik təhsil haqqının ödəməsini (imkanı məhdud olan tələbələr təhsil haqqının yarısını ödəməklə qeydiyyatdan keçə bilər və ikinci yarısını 31.12.2021-dək ödəməlidirlər) təsdiq edən qəbz (ödənişli təhsil alacaq tələbələr üçün); Ödənişli əsaslarla qəbul olub, dövlət tərəfindən təhsil haqqı ödənilən güzəşt kateqoriyasına aid olan şəxslərlə bağlı Əlavə 2-yə baxın.
8. Tələbənin iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı (FİN).
9.18 yaşı bitənlər COVİD-19 pasportu və ya immun sertifikatı (əks-göstərişi olanlar əks-göstəriş sertifikatı).
Bir daha bildiririk ki, tələbə adını qazanmış şəxs portal.edu.az portalında mütləq şəkildə qeydiyyatdan keçməlidir. Əks halda, DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcəkdir. Cari ildə magistraturaya qəbul olsa da, qeyd olunan portalda onlayn qeydiyyatdan keçmədiyinə görə bəzi gənclərin magistaturada oxumaq imkanını itirmələrini nəzərə alaraq, belə bir nəticə ilə qarşılaşmamaq üçün onlayn qeydiyyatdan keçmə prosesinə diqqətli və həssas yanaşmağınızı xahiş edirik. Portalda qeydiyyatdan keçməkdə çətinlik çəkən abituriyentlər tələb olunan sənədləri gətirməklə ADPU-nun Şamaxı filialının Sənəd Qəbulu Komissiyasına müraciət edə bilərlər. Komissiya qeydiyyat başladığı tarixdən filialın əsas tədris korpusu, III mərtəbə, 305 nömrəli otaqda fəaliyyət göstərəcəkdir.
Ödənişli əsaslarla qəbul olub, dövlət tərəfindən təhsil haqqı ödənilən güzəşt kateqoriyasına düşən şəxslər müvafiq tələb olunan sənədləri də digər sənədləri ilə birlikdə portal.edu.az-da yerləşdirilməlidirlər.Bu sənədləri təqdim etməklə abituriyent mütləq elektron qeydiyyatdan keçməlidir. Qeyd olunan vaxtda sənədlərini onlayn qaydada təqdim etməmiş və ya natamam təqdim etmiş şəxslər qeydiyyatdan keçməmiş hesab olunacaq.
Qeyd edilmiş sənədləri göndərən abituriyentlərin şəxsi kabinetində bir gün sonra “sizin sənədləriniz qəbul olduğunuz ali təhsil müəssisəsi tərəfindən təsdiqləndi” yazısı daxil olacaq. Şəxsi kabinetinə bu məlumat qeyd edilmiş abituriyentin sənədləri təsdiqlənmiş hesab ediləcəkdir. Belə bir bildiriş almayan abituriyentlər mütləq ADPU-nun Şamaxı filialının Sənəd Qəbulu Komissiyası ilə (e-mail: qeydiyyat_adpushamaxi@mail.ru) əlaqə saxlamalıdırlar.
Təhsil haqqı ödənilməsi üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının bank rekvizitləri:
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNİN ŞAMAXI FİLİALI
Ünvan: Şamaxı şəhəri, Şəhriyar qəsəbəsi
Benefisiarın Bankı | KapitalBank ASC Samaxi filiali |
Filialın kodu | 200736 |
VÖEN | 9900003611 |
SWIFT kod | AIIBAZ2XXXX |
Müxbir hesab | AZ37NABZ01350100000000001944 |
Bankın ünvanı | AZ 5600, Şamaxı şəhəri, Gənclər küç. 33 |
Müəssisənin hesabı | AZ04AIIB33070019447304183173 |
Müəssisənin VÖEN-i | 8400091611 |
Ə L A V Ə 2
2021-2022-ci TƏDRİS İLİNDƏ AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNİN ŞƏKİ FİLİALINA QƏBUL OLMUŞ TƏHSİL HAQQINDAN AZAD EDİLƏN TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ!
TƏHSİL HAQQINDAN AZAD EDİLMƏ HÜQUQLARI AŞAĞIDAKI TƏLƏBƏLƏRƏ ŞAMİL EDİLİR:
I. “MƏCBURİ KÖÇKÜN” STATUSU OLAN AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARI.
Dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə Azər¬bay¬can Respublikası Prezidentinin 4 avqust 2003-cü il 1308 nömrəli Sərənamı. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli Sərəncamı.
Tələb olunan sənədlər:
1. Direktorun adına ərizə ;
2. Şəxsiyyət vəsiqəsinin əsli və surəti ( 3 ədəd) ;
3.”Məcburi köçkün” statusunu əks etdirən sənədin (tələbənin və atasının) nota¬ri¬al qaydada təsdiq olunmuş surəti.( 2021 peçatı olmalıdır)
4. Ailə tərkibi haqqında arayış (tələbənin adına )
II.”ŞƏHİD” AILƏSİ STATUSUNU ALMIŞ AİLƏNİN ÜZVÜ.
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa əlvə edilmə barədə Azərbaycan Respublikası Qanunu: 12 sentyabr 2003-cü il ¹ 499 İİQD,”Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu 3 sentyabr 1993-cü il ¹ 697.
•“Şəhid” ailə üzvləri aşağıdakılar hesab olunurlar;
•arvadı (əri);
• valideynləri;
• 18 yaşına çatmamış və uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları;
• qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar;
• babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa;
• əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.
Tələb olunan sənədlər:
1. Direktorun adına ərizə;
2. Şəxsiyyət vəsiqəsi və onun surəti (6 ədəd );
3. “Şəhid” statusu barədə sənədin notarial qaydada təsdiq olunmuş surəti ;
4. Tələbənin doğum haqqında şəhədətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
5. Şəhidin ölüm haqqında şəhədətnaməsi şəhədətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
III. “AZƏRBAYCAN RESPUBLIKASININ ƏRAZI BÜTÖVLÜYÜNÜN, MÜSTƏ-QİL¬LݬYİNİN VƏ KONSTİTUSİYA QURULUŞUNUN MÜDAFİƏSİ ZAMANI ƏLİL OL¬MUŞ VƏ AZƏRBAYCAN RESPUBLİKASININ AZADLIĞI, SUVERENLİYİ VƏ ƏRAZİ BÜTÖVLÜYÜ UĞRUNDA HƏLAK OLAN, HƏRBİ ƏMƏLİYYATLA ƏLAQƏDAR İTKİN DÜŞƏN VƏ MƏHKƏMƏ TƏRƏFİNDƏN ÖLMÜŞ ELAN EDİLƏN VƏTƏNDAŞLARIN UŞAQLARININ TƏHSİL XƏRCLƏRİNİN ÖDƏNİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 18 MART 2014-CÜ İL TARİXLİ SƏRƏNCAMI.
Tələb olunan sənədlər:
1. Direktorun adına ərizə;
2. Şəxsiyyət vəsiqəsinin surəti ( 3 ədəd) ;
3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitu¬si-ya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşın əlilliyi barədə (TSEK-in arayışı) sənədinin notarial qaydada təsdiq olunmuş surəti;
4. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrun-da həlak olan şəxsin ölüm haqqında şəhədətnaməsinin notarial qaydada təsdiq olun¬muş surəti;
5. Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edi-lən şəxs barədə sənədin notarial qaydada təsdiq olunmuş surəti.
6. Ailə tərkibi haqqında arayış.
- VALİDEYNLƏRİNİ İTİRMİŞ VƏ VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLMUŞ 23 YAŞADƏK UŞAQLAR.
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 22 iyun 1999-cu il tarixli Qanunu (maddə 5).
“Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanunu (maddə 14-8-1).
•valideynlərini itirmiş uşaqlar- hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir;
•valideyn himayəsindən məhrum olmuş uşaqlar- hər iki valideyni:
məlum olmayan;
•valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan;
•xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən;
•cəzaçəkmə müəssisələrində cəzasını çəkən;
•uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən;
•uşaqlarını tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və digər analoji müəssisələrdən götürməkdən imtina edən;
•qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir.
•Bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər;
•valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər- valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali və orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir;
Bu qəbldən olan şəxslər təhsil aldıqları müddətdə dövlət təminatına götürülür, onların təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir və təqaüdün 2 mislindən az olmayan miqdarda təqaüdlə təmin olunurlar.
Tələb olunan sənədlər:
1. Direktorun adına ərizə;
2. Şəxsiyyət vəsiqəsinin surəti (3 ədəd );
3. Vəfat etmiş valideynin ölüm şəhədətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti – 2 ədəd;
4. Bir valideyni vəfat etmiş digər valideynin I və II qrup əlil olan şəxsin tibbi sosial ekspert komissiyası tərəfindən təqdim olunan arayışının (TSEK) notarial qaydada təsdiq olunmuş surəti;
(TSEK).
5. Ailə tərkibi haqqında arayış. - I VƏ II QRUP ƏLILIYI OLAN ŞƏXSLƏRİN, HABELƏ SAĞLAMLIQ İMKANLARI MƏHDUD 18 YAŞADƏK UŞAQLARIN TƏHSİL HAQQI XƏRCLƏRİNİN ÖDƏNİL-MƏ¬Sİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 3 MAY 2019-CU İL TARİXLİ SƏRƏNCAMI.
(ARK-nın 109-cu maddəsinin 32-ci bəndi)
Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavr və magistratura (əsas baza ali tibb təhsili və rezdentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əliliyi olan şəxs¬lə¬rin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təh-sil haqqı xərcləri 2019-2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesa¬bı-na ödənilsin.
Tələb olunan sənədlər:
1. Direktorun adına ərizə;
2. Şəxsiyyət vəsiqəsinin surəti (3 ədəd) ;
3. I və II qrup əliliyi olan tələbələrin tibbi sosial ekspert komissiyası tərəfindən təqdim olunmuş arayışının (TSEK) notarial qaydada təsdiq olunmuş surəti;
4. Ailə tərkibi haqqında arayış.
ADPU-nun Şamaxı filialının Sənəd Qəbulu Komissiyası
Şamaxı şəhəri, Şəhriyar qəsəbəsi
Tel. 026-9-63-70
Mob. +994503074247
e-mail: qeydiyyat_adpushamaxi@mail.ru
Xüsusi qeyd: Tələbə qeydiyyatdan keçdikdən sonra ADPU-da dərslər başlayan zaman ilk dərsə gələrkən e-maillə qeydiyyat üçün göndərdiyi bütün sənədlərin əsillərini Sənəd Qəbulu Komissiyasına təqdim etmək üçün özü ilə gətirməlidir.
Əlavə 1.
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Şamaxı filialı
Tələbə Anketi
Adı, soyadı, ata adı____________________________________________________________________
Şəxsiyyət vəsiqəsinin fin kodu___________________________________________________________
Vətəndaşlığı_________________________________________________________________________
Cinsi__________________ Doğum tarixi______________ Ailə vəziyyəti____________________
Sosial vəziyyəti___________________________________( 1 valideynini itirmiş /2 valideynini itirmiş)
Sosial status____________________________________________________(Vətəndaş/qaçqın/köçkün)
Hərbi mükəlləfiyyəti___________________________________(Hərbi mükəlləfiyyətli/Mükəlləfiyyətsiz)
Milliyyəti___________________________________________________________________________
Sağlamlıq məhdudiyyəti_________________________________________(1-ci qrup əlil/2-ci qrup əlil)
Əlaqə məlumatı
Ev telefonu__________________________________________________________________________
Mobil telefonu _______________________________________________________________________
E-mail______________________________________________________________________________
Ünvan məlumatları
Doğulduğu yer __________________________________________________( Ölkə/şəhər/kənd/qəsəbə)
Qeydiyyat ünvanı_____________________________________________________________________________
________________________________________________________(Ölkə/şəhər/kənd/qəsəbə/küçə/ev/mənzil)
Faktiki yaşayış ünvanı_________________________________________________________________ __________________________________________________ (Ölkə/şəhər/kənd/qəsəbə/küçə/ev/mənzil)
Ailə üzvləri
Ata adı, soyadı, əlaqə nömrəsi __________________________________________________________
Ana adı, soyadı, əlaqə nömrəsi__________________________________________________________
Sənəd məlumatları
Şəxsiyyət vəsiqəsinin seriyası_____________ Nömrəsi____________________________________
Verilmə tarixi_____________________________Bitmə tarixi_________________________________
Sağlamlıq haqqında arayışın seriyası_______ Nömrəsi____________________________________
Verilmə tarixi_________________________ Bitmə tarixi_________________________________
Hərbi mükəlləfiyyət haqqında arayışın seriyası________ Nömrəsi __________________________
Verilmə tarixi_________________________ Bitmə tarixi_________________________________
Qəbul forması ______________________________________________________________________
(Müsabiqə/Müsabiqədən kənar/Fərdi müqavilə/və s.)
Qeydiyyat tarixi_______________________ Qəbul balı __________________________________
Təhsilalma forması_____________ (əyam/qiyabi) Təhsil haqqı_____________ (Dövlət/ödənişlı)
İxtisas _____________________________________________________________________________
Keçmiş təhsil məlumatları
Məktəbin ünvanı________________________________________________(Ölkə/şəhər/kənd/qəsəbə)
Məktəbin adı ________________________________________________________________________
Başlama tarixi_____________ Bitirmə tarixi_______________________________________________
Təhsil aldığı dil ______________________________________________________________________
Attestat məlumatları
Attestatın seiyası___________________________Nömrəsi___________________________________
Verilmə tarixi_________________________ Bitmə tarixi_________________________________
(Kollec və s.)
Təhsil müəssisəsinin ünvanı_________________________________ ( ölkə/şəhər/kənd/qəsəbə)
Təhsil müəssisəsinin adı_______________________________________________________________
Başlama tarixi____________________________Bitirmə tarixi________________________________
Təhsil aldığı dil_____________________________________________________________________
Məlumatın dolğunluğunu öz imzamla təsdiq edirəm________________________________________
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ
ŞAMAXI FİLİALI
ÖDƏNİŞLİ ƏSASLARLA ALİ TƏHSİLLİ MÜTƏXƏSSİSLƏRİN HAZIRLANMASI
HAQQINDA
M Ü Q A V İ L Ə №__________
Şamaxı şəhəri «____» __________ -cu il
Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialı (sonradan ADPU-nun Şamaxı filialı adlandırılan) Direktor dosent Ysifova Tünzalə Vəli qızının şəxsində bir tərəfdən və bundan sonra «Tələbə» adlandırılan Azərbaycan Respublikasının vətəndaşı _____________________________________________________________ digər tərəfdən mövcud
(Soyadı,adı,atasınınadı)
qanunvericiliyə əsaslanaraq bu müqaviləni bağlamışdır.
- ADPU-nun Şamaxı filialı tələbənin__________________________________ ixtisası üzrə ödənişli əsaslarla əyani
(İxtisasın adı)
bakalavr ali təhsilli mütəxəssis kimi hazırlanmasını öhdəsinə götürür. Tələbə oxuduğu hər tədris ili üçün həmin tədris ilinin başlanmasından əvvəl Təhsil Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırmaqla təsdiq etdiyi məbləğdə təhsil haqqını ____________ ADPU-nun Şamaxı filialının hesabına keçirməyi öz öhdəsinə götürür.
- ADPU-nun Şamaxı filialı tələbənin təhsil alması üçün bütün zəruri və o cümlədən tədrisin yüksək elmi- metodiki səviyyədə aparılmasını təmin edir, kitabxana, tibbi xidmət və eyni zamanda pulsuz təhsil alan tələbələr üçün müəyyən olunmuş digər hüquqlardan (yataqxana ilə təmin edilməsi istisna olunmaqla) istifadə etmək imkanı yaradır.
- Tələbə ADPU-nun Şamaxı filialının daxili intizam qaydalarına riayət edir, onun əmlakının korlanmasına yol vermir, təqsiri üzündən ADPU-nun Şamaxı filialına vurulmuş ziyanı ödəyir, ilk tədris ili üçün müqavilə imzalandığı gündən, sonrakı tədris illəri üçün tədris ili başlanan gündən 2 aydan gec olmayaraq təhsil haqqını ADPU-nun Şamaxı filialının hesabına keçirməyi öz öhdəsinə götürür.Tələbə ADPU-nun Şamaxı filialından xaric olduğu halda tərəflər arasında bağlanmış müqaviləyə xitam verilir.
- Tələbənin ADPU-nun Şamaxı filialına qəbul olunması haqqında əmr bu müqavilə qüvvəyə mindikdən sonra verilir.
- ADPU-nun Şamaxı filialı aşağıdakı hallarda tələbəni xaric etmək hüququna malikdir:
- öz arzusu ilə;
- başqa təhsil müəssisəsinə köçürüldükdə;
- tədris intizamını, təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda;
- akademik borcların müəyyən olunmuş müddətdə ləğv edə bilmədikdə;
- təhsil haqqı 3-cü bənddə göstərilən müddətdə ödənilmədikdə;
- cinayət məsuliyyətinə cəlb olunduqda;
- müəyyən kateqoriya xəstəliklərlə əlaqədar səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən);
- növbəti tədris ilinə qeydiyyatdan keçməyib semestrin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda.
- Tələbə hər hansı üzrlü və ya üzrsüz səbəbə görə təhsilini davam etdirə bilmədiyi yaxud istəmədiyi halda, habelə yuxarıda göstərilən əsaslara görə ADPU-nun Şamaxı filialından xaric olunduğu halda ödənilmiş təhsil haqqı geri qaytarılmır.
- Tələbənin bir qayda olaraq ödənişsiz təhsilə keçirilməsinə yol verilmir.
- Müqavilə şərtlərinin pozulması ilə bağlı tərəflər arasında mübahisələrə Azərbaycan Respublikası qanunvericiliyinə əsasən məhkəmədə baxılır.
- Bu müqavilə tərəflər arasında normativ təhsil müddətinə tək ixtisaslar üçün 4 il, qoşa ixtisaslar üçün isə 5 il müddətinə bağlanılır.
- Müqavilə imzalandığı gündən qüvvəyə minir.
- Müqavilə Azərbaycan dilində iki nüsxədə tərtib olunmuş və imzalanmışdır. Müqavilənin bir nüsxəsi ADPU-nun Şamaxı filialında tələbənin şəxsi işində, ikinci nüsxə isə tələbənin özündə saxlanılır.
ADPU-nun Şamaxı filialının direktoru ______________________________
(təhsil alanın soyadı, adı,atasının adı)
dosent. C.M.Cəfərov______________ _______________________________
(imza)