Vaksinasiya sağlam və firavan həyata qayıdış deməkdir.

Müəyyən müddətdir ki, dünya COVİD-19 pandemiyasından zərər çəkir. Bu virusun törətdiyi fəsadlar demək olar ki,həyatımızın hər bir sahəsini əhatə edir. Dünya səhiyyəsi də bu virusla mübarizədə acizdir. O səbəbdən də bu qorxulu pandemiyadan yeganə xilas yolu vaksinasiyadır. İnsanı və ətrafındakıları qorumaq üçün hazırkı vəziyyətdə ən yaxşı üsul vaksin etdirməkdir.

COVID-19 virusu yoluxucu xəstəlik törədərək,insanların sağlamlığına ciddi təhlükə yaradır. Hər il dünyada yüzlərlə insan vaksin tövsiyə edilən xəstəliklərə qarşı peyvənd olunmadığı üçün öz həyatını itirir, məsuliyyət daşıdığı insanlara,uşaqlarına, valideynlərinə qarşı öz öhdəliklərini yerinə yetirə bilmir.Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir.İnsanınimmun sistemi vaksini antigen kimi qəbul edir və orqanizmdə ona qarşı anticisimlər yaradır.Orqanizmpeyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda bu virusa qarşı hazırlıqlı olur və ağırlaşmaların qarşısıalınır. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəziantigenxassəli maddələrdən hazırlandığı üçün xəstəliyə yoluxma zaman orqanizmdə olan canlı virusla müqayisədə onun heç bir təhlükəsi yoxdur. Bütün klinik yoxlamalarda vaksinin 10 minlərlə insana tətbiqi zamanı bəzi hallarda yalnız zəif allergik reaksiyanın baş verməsi müşahidə edilmişdir.

Unutmamalıyıq ki, COVİD-19 yaşa baxmır. Bəzən insanlar fikirləşirlər ki, bu xəstəlik cavanlara, sağlamlığı möhkəm olanlara təsir etmir. Amma ölüm hadisələrinin statistikasına baxanda məlum olur ki, gənc və sağlam insanlar da xəstələnə bilər və həyatını itirə bilər. Belə nümunələr həm ölkəmizdə, həm də dünyada yüzlərlədir. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, onlar öz ətraflarında olan digər insanları yoluxduraraq böyük təhlükə yarada bilərlər. Bu səbəbdən vaksin xəstəlikdən qorunaraq həyatları xilas etmək üçün yeganə yoldur.Maska taxmaq, sosial məsafə saxlamaq, gigiyena və s. kimi tədbirlər görmək virusa yoluxmaq və ya başqalarına yoluxdurmaq şansını azaldır. Həmçinin,sağlam qidalanmaq, idmanla məşğul olmaq insanların sağlam olmasında mühüm rol oynayır. Amma əgər məqsəd pandemiyanı ümumiyyətlə həyatımızdan çıxarmaqdırsa, bu zaman görülən bütün profilaktik tədbirlər qətiyyən kifayət etmir. Yalnız peyvənd immun sistemimizi virusla effektiv mübarizə aparmağa hazır edir.Peyvəndlər peyvənd olunmuş insanlarla bərabər digər insanları da qoruyur.Çox az sayda olsa da ,vaksinasiyaya əks göstərişi olan insanlar da var. Peyvənd olunanlar qazanılan immunitet sayəsində onları da qorumuş olur. Bu siyahıya vaksinasiya strategiyasına uyğun olaraq hamilə qadınlar, süd verən analar, 18 yaşdan kiçik vətəndaşlar da aiddir.COVID-19-a qarşı hazırlanmış peyvəndlər dünyada təxminən 3,9 milyona yaxın insanın ölümünə səbəb olan pandemiyanı dayandırmaq üçün həyati əhəmiyyətə malikdir.

Ümumiyyətlə, hər zaman yoluxucu xəstəliklər zamanı peyvənd yeganə çıxışyolu olmuşdur. Tibbi təcrübə “peyvəndlənməyi seçmək yaşamağı seçmək deməkdir” reallığını yaratmışdır. Bəşəriyyət əsrlər boyu vəba, taun, yatalaq və digər təhlükəli yoluxucu xəstəliklərin epidemiyasına mütəmadi olaraq məruz qalmışdır. Bu yoluxucu xəstəliklərin epidemiyası minlərlə, on minlərlə insanın həyatına son qoymuşdur. Yalnız son yüz ildə ayrı-ayrı ölkələrdə insanların kütləvi vaksinasiya üsulu tətbiq edilməyə başladıqdan sonra bəşəriyyət bir çox qorxunc yoluxucu xəstəliklərdən xilas olmuşdur. 1990-2017-ci illərdə vərəm, hepatit B, difteriya və s. kimi vaksinlə qarşısı alına biləcək xəstəliklərdən minlərlə insan həyatını itirmişdir. Vaksinin olmaması səbəbindən 1346-1352-ci illərdə Avropa əhalisinin 25 30% i vəba xəstəliyindən ölmüşdür. 1916-1920-ci illərdə İspaniya qripi 2 milyard dünya əhalisinin 30%-inə yoluxmuş və 20-50 milyon insanın ölümünə səbəb olmuşdu. Ən kiçik ehtimalla müqayisə etsək, bu xəstəlik Birinci Dünya müharibəsində ölənlərdən daha çox insanı məhv etmişdir.1618-ci ildə olan Meksikadakı İnka əhalisinin sayı 20 milyon olmuş, lakin çiçək xəstəliyi səbəbindən 1,6 milyona düşmüşdür. Havay adalarında tif xəstəliyi səbəbindən 1779-cu ildə əhalinin sayı 500 mindən 84 minə düşmüşdür.

Peyvəndlərin icad olunması yoluxucu xəstəliklərlə mübarizədə mühüm rol oynadı. Son yüz ildə peyvəndlər bir çox yoluxucu xəstəliyin zərərlərinin və ölüm hallarının azalmasına səbəb olmuşdur.1960-cı illərdə qızılca xəstəliyinə qarşı peyvənd icad olunana qədər hər il bu xəstəlikdən təxminən 2,6 milyon adam ölürdü. ÜST-in məlumatına görə 2000-2017-ci illər ərzində qızılca xəstəliyi ilə bağlı ölümlərin sayı 80% azalıb.Müasir peyvəndlər milyonlarla insanın həyatını xilas edib.Peyvəndlər icad olunana qədər dünya bugünkündən daha çox təhlükədə idi. Cəmi bir neçə on il əvvəl milyonlarla insan poliomielit xəstəliyinin qurbanı olurdu – bu xəstəliyə yoluxanlar ya iflic keçirir, ya da həyatını itirirdi. İnsanlar poliomielit xəstəliyindən də məhz vaksin sayəsində xilas olmuşdur.Yoluxucu xəstəliklər zamanı bəşəriyyətin xilası vaksinlər vasitəsilə mümkün olmuşdur.

Vaksinasiya cəmiyyətimiz və ölkəmiz üçün olduqca önəmlidir. İlk növbədə vaksin uşaqların gələcəyi üçün vacibdir. Məlum olduğu kimi, COVID-19 səbəbindən dünyanın hər yerində şagird və tələbələrin təhsili məhdudlaşıb. Dünyada 1 milyarda yaxın şagird təhsilini davam etdirə bilmədi. Pandemiya “müasir dövrdə təhsilə vurulan ən böyük zərbə” hesab edilə bilər. Bu səbəbdən vaksinasiya həm də təhsildəkiitkiləri bərpa etmək və uşaqlara etibarlı bir gələcək yaratmaq üçün çox vacibdir.

Peyvənd olunmaqla həmçinin iqtisadiyyata vurulan ziyanın qarşısıalınabilər. COVID-19 səbəbindən turizm, iaşə obyektləri, hava yolu, səyahət və s. sahələrdə böyük iqtisadi itkilər yaşanmış və dünyada milyonlarla insan öz iş yerini itirmişdir. Dünyada iqtisadi itkilərin bərpa olunması üçün vaksinasiya yeganə yoldur.Vaksinasiya ilə cəmiyyətin mədəni həyat canlanacaq (konsertlər, kino, teatr, sərgilər və s.), insanların gündəlik həyatında sosial aktivlik artacaqdır. Peyvənd milyonlarla insanın xəstələnməsinin və ölümünün qarşısının alınması, səhiyyə sisteminin yükünün azalması və xəstəliyə xərclənən iqtisadi itkilərin azaldılması üçün yeganə çıxış yoludur. Əhalinin vaksinasiya olunması ilə səhiyyə sisteminə düşən yük azalacaq. Həkimlər öz gücünü və səylərini digər xəstəliklərin müalicəsinə yönəldə biləcəklər. Nəticədə səhiyyə xidmətlərinin keyfiyyəti artmış olacaq. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə üsullarındanən effektli və iqtisadi cəhətdən ən əlverişlisi vaksinasiyadır.

Pandemiya təhlükəsi başlayandanAzərbaycandövləti pandemiya ilə mübarizə üçün vacib addımlar atmışdır.Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir. Əgər bu gün Azərbaycan dünyada pandemiyanın qurbanlarının sayına görə sonuncu yerlərdə olan ölkələrdən biridirsə, bu da məhz dövlətimiz tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlərin səmərəliliyinin nəticəsidir.Bütün dünyada həyəcana səbəb olan koronavirus infeksiyası ilə bağlı Azərbaycanda vəziyyət dövlət başçısının ciddi nəzarəti altındadır. Dövlət səviyyəsində koronavirusun Azərbaycanda yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı bütün lazımi addımlar atılır, ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülür.Prezidentİlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi, 2020-ci il 27 fevral tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldı və bütün bu tədbirlər pandemiya ilə mübarizədə öz müsbət təsirini göstərmişdir.

Prezident İlham Əliyev 2020-ci ilin aprel ayında nazirlərin iştirakı ilə keçirdiyi iclasda söyləmişdir: “Bizim üçün prioritet məsələ, – mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, – insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir.”

Bu aydın hədəflər nəticəsində Azərbaycan səhiyyə sistemi qısa bir müddətdə COVID-19-la mübarizəyə səfərbər edilmiş və pandemiya səbəbindən işsiz qalan əhalinin sosial müdafiəsigücləndirilmişdir. Uzaqgörən və çevik qərarlar Azərbaycanın dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmasına səbəb oldu.

Azərbaycan dövləti daim əhalinin sağlamlığını düşünür.Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Bu vaksinlərin hər biri effektiv və təhlükəsizdir.

Əhalidə kütləvi immunitet xəstəliyə yoluxub sağalanların və vaksin etdirənlərin hesabına yaranır.Bu səbəbdən də sağlam və firavan gələcək öz əlimizdədir. Bunun üçün də bu gün hər birimiz dövlətimizin bu qayğısının daha effektli olması üçün fəal olmalıyıq. Hazırda ölkəmizdə 2,9 milyon vaksinasiya olunan, 330 min nəfər isə xəstəliyə yoluxub sağalan şəxs vardır. Yalnız ölkə əhalisinin 70 80%-dən çoxunda kütləvi immunitetin yaranması epidemioloji sabitlik yarada bilər. Azərbaycan xalqı pandemiya ilə mübarizədə də, Vətən müharibəsində də “Biz birlikdə güclüyük!” düşüncəsi ilə qalib oldu. Vaksinasiya prosesində də bu belə olacaqdır.Vaksinasiya yenidən sağlam və normal həyata qayıdış , təhsilin, mədəniyyətin, iqtisadiyyatın, turizmin, beynəlxalq əlaqələrin, idmanın və ümumiyyətlə bütün sahələrin yenidən dirçəlişi deməkdir. Ən əsası isə, vaksinasiya uşaqlarımızın sağlam gələcəyinin təminatıdır. Buna görə də bu məsələdə vətəndaşlarımız sosial məsuliyyəti dərk edərək,son dərəcə aktiv olmalı, birlik və həmrəylik nümayiş etdirməlidirlər.

Sosial ve pedaqoji elmlər kafedrasının baş müəllimi Əkbəri Təranə.

Paylaşın: