Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının və Gənclər idman idarəsinin təşkilatçılığı ilə,ADPU-nun Şamaxı filialının və Şamaxı Dövlət Regional Kollecinin komandaları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş voleybol turniri keçirilib.

Tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı bildirib ki,bu gün ki,turnirin keçirilməsində məqsəd ulu önder Heydər Əliyevin xatirəsini yad etmək,voleybol idman növünün şəhərdə inkişaf etdirmək,habelə istedadlı voleybolçuları aşkar edilməsi,idarə,müəssisə və təşkilatlar arasında dostluq əlaqələrinin gücləndirilməsidir.

Şonra Şamaxı Gənclər İdman idarəsinin rəisi Şahmar Hüseynov çıxışında qeyd edib ki,ulu öndər Heydər Əliyevin Əsasını qoyduğu milli maraqlara əsaslanan çoxşaxəli siyasi strategiya bu gün möhtərəm Prezident cənab ilham Əliyev tərəfindən inamla davam etdirilir.Təbii ki,bütün sahələr kimi idman da diqqətdən kənarda deyil.Vurğulanıb ki,dövlət başçısının xüsusi diqqəti sayəsində bu gün Azərbaycan idman ölkəsinə çevrilib.

Daha sonra voleybol turnirina start verilib.Son olaraq qalib olan tələbələrimiz YAP Şamaxı rayon təşkilati tərəfindən mükafatlandırılıb.

Paylaşın: