Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Tələbə Gənclər Təşkilatı və İntelektual Oyun Klubununun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş intellektual oyun və dama yarışı keçirilib.İlk öncə filialın tələbələrindən ibarət 6 komanda arasında iki mərhələdən ibarət “Nə? Harada? Nə zaman?” (NHN) tipli intellektual oyun keçirilib.İntellektual oyunun nəticəsi olaraq I yerə “Yaşma”,II yerə “Zəfər” və III yerə “Vətən” komandaları layiq görülüb.Daha sonra tələbələr arasında dama yarışı keçirilib.Bu oyunda da ayrı- ayrılıqda tələbələrimiz Novruzov Sübhan,Atayev Rövşən və Cəbiyev Elgün I yerə layiq görülmüşdür.Sonda uğur qazanan tələbələrimiz diplomla mükafatlandırılıb.Qalib tələbələrimizi təbrik edir,uğurlarının davamlı olmasını arzu edirik.
