“Ulu öndər Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda onlayn konfrans.
ADPU-nun Şamaxı filialında Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünün qeyd olunması ilə əlaqədar təsdiq edilmiş Tədbirlər planına əsasən silsilə tədbirlər keçirilməkdə davam edir. Filialın professor-müəllim heyəti və tələbələri Şamaxı rayonunda da bu münasibətlə keçırılən tədbirlərə dəvət olunur və fəallıqla iştirak edirlər. Filial əməkdaşlarının iştirakı etdiyi növbəti tədbirlərdən biri 05 May 2021-ci il tarixində Şamaxı Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ulu öndər Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda onlayn konfrans oldu.
Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin Deputatı Tamam xanım Cəfərova, Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban xanım Eyubova, ADPU-nun Şamaxı filialının direktoruTünzalə Yusifova və filialın tələbələri, Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru Könül xanım Eyvazova, ümumtəhsil məktəblərinin nümayəndələri, könüllüləri və idmançılar da iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov ilk öncə tədbirdə iştirak edən qonaqları və iştirakçıları salamladı, sonra tədbir haqqında geniş məlumat verdi.
Millət Vəkili Tamam xanım Cəfərova, Şamaxı RİH-nin başçısının müavini Mehriban xanım Eyyubova Ulu Öndər Heydər Əliyevin anlamlı ömür yolundan, dövlətimiz, dövlətçiliyimiz uğrunda gördüyü misilsiz işlərdən danışdılar,
ADPU-nin Şamaxı filialının direktoru dosent Tunzalə xanım Yusifova müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin hər iki hakimiyyəti dövründə bütün sahələrə olduğu kimi, təhsil sahəsinə də göstərdiyi qayğı və diqqətdən danışdı. Vurğulandı ki, cənab Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsi ali təhsil sahəsində də özünü göstərir.
Tədbir məktəblilərin hazırladığı şeir kompazisiyaları ilə davam etdirildi.