Uğurlu gələcəyə gedən Ağdam
Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.
“Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərliktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. Ağdamın Xan Şuşinski adına Muğam məktəbi 1985-ci ildən fəaliyyətə başlayıb. Bu məktəb yüzlərlə sənətkar yetişdirib.
“Ağdam” qəzetinin ilk nömrəsi 1930-cu ildə işıq üzü görmüşdür. “Ağdam” qəzeti əvvəlcə “Kolxoz sədası”, “Kolxozçu”, 1934-cü ildən 1990-cı ilə kimi “Lenin yolu”, 1990-cı ildən isə “Ağdam” adı ilə nəşr olunur. “Ağdam” qəzetinin redaksiyası 1993-cü ilin iyulundan Ağdam şəhərinin işğalından sonra əvvəlcə Mingəçevir, sonra Bərdə şəhərində, indi isə Ağdam rayonunun Quzanlı kəndində yerləşir. Təsisçisi Ağdam rayon İcra Hakimiyyəti Aparatı və qəzetin jurnalist kollektividir. “Qeyrət qalası” qəzeti 2004-cü ilin yanvarından işıq üzü görür. Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayondur. Ağdamda futbol komandası 1951-ci ildə yaradılmışdı. Ağdamın yığma komandası Odessa vilayəti Sadovski şəhərində Azərbaycanı uğurla təmsil edib. Ondan sonra Patarburnari rayonunda Ağdam komandası 38 klubun kubok yarışında finala çıxaraq 2-ci yeri tutub. Ağdamdakı tarixi memarlıq abidələri müxtəlif tarixi dövrləri əks etdirən nadir nümunələrdir. Burada Xan qızı Natəvanın məqbərəsi, Qədim kənd hamamı, Xaçındərbənd türbəsi, Cümə məscidi,Qutlu Musa türbəsi, Ağdam Çörək muzeyi və s. memerlıq abidələri inşa edilmişdir. Ağdamda Xudu Məmmədov , Süleyman Sani Axundov, Yaqub Rüstəmov, Heydər Şəmsizadə, Sara Qədimova , Arif Babayev, Qədir Rüstəmov, Ramiz Quliyev, Bahadır Vəlibəyov, Səfərəli bəy Vəlibəyov, Cabbar bəy Vəlibəyov kimi görkəmli ziyalılar yetişmişdir.
Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal edilib. İşğal nəticəsində Ağdam rayonunun 1154 kvadrat kilometr ərazisi Ermənistanın nəzarətinə keçib. 147 min nəfər əhalisi olan Ağdamın yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir. Ermənilər Ağdamın işğal olunmuş ərazilərində tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri dağıdıblar. Ağdam uğrunda gedən döyüşlərdə Azərbaycan tərəfi 6 mindən çox şəhid verib. Doğma yurdlarından köçkün düşən rayon əhalisinin əksəriyyəti ölkənin müxtəlif bölgələrinə səpələniblər. Hazırda Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqda davam edir.
1993-cü ilin iyul ayının 23-də Ermənistan silahlı birləşmələri Azərbaycanın Ağdam rayonunu işğal etdi. Qeyd edək ki, bu artıq Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnaməyə heç bir əhəmiyyət vermədiyini təsdiqləyirdi. İyulun sonlarında BMT TŞ iclası keçirildi və burada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 853 saylı qətnamə qəbul olundu. Bu qətnamədə də işğalçı qüvvələrin Azərbaycanın Ağdam da daxil olmaqla, bütün digər işğal olunmuş ərazilərindən çıxarılması tələbi qoyulmuşdu. 1993-cü ilin avqustunda Ermənistan Azərbaycanın Füzuli rayonunu işğal etmək məqsədilə hərbi əməliyyatları gücləndirdikdən sonra BMT TŞ sədrinin yeni bəyanatı yayıldı. Həmin bəyanatda Azərbaycan ərazilərinin işğalı faktı təsdiqlənir, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu vurğulanır və bölgədə hökm sürən vəziyyətdən narahatlıq hissi ifadə edilirdi. Ermənilər beynəlxalq birliyin hadisələrə obyektiv reaksiya verməməsindən istifadə edərək yeni təcavüz aktları həyata keçirir, Azərbaycan torpaqlarını zəbt edirdilər. Beləliklə də Füzuli və Cəbrayıl rayonları da işğal olundu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev no¬yabrın 20-də xalqa müraciətində Ağdam ra¬yonunun yağı tapdağından xilas edilməsini noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın nəticəsi kimi dəyərləndirib. Üçtərəfli bəyanat Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır. Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarır. Bu gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq.
Azərbaycan respublikasının prezindenti cənab İlham Əliyevin verdiyi fərman belədir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olundu.
Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Burada sənaye və kənd təsərrüfatı inkişaf etmişdi. Ermənilər 1993-cü il iyulun 23-də Ağdamı işğal etdikdən sonra Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdam indi talan edilərək viranəyə çevrilmiş xarabalıqlardan ibarətdir.
Səfər çərçivəsində Ağdamda Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə, o cümlədən İmarət kompleksinə, Ağdam Cümə məscidinə, Dram teatrının və Çörək muzeyinin binalarının qalıqlarına və yerlə-yeksan edilmiş Şəhidlər xiyabanına baxış keçirilib.
Azərbaycanda işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı layihələr çərçivəsində Ağdam şəhərinin Baş planı təqdim olunub. Onun təfərrüatlarını Ağdamda Prezident İlham Əliyevin ictimaiyyətlə görüşü vaxtı “Ağ şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıqov açıqlayıb.
Prezidentə Baş planın təqdimatı vaxtı şəhər əhalisinin 36 min nəfər, birləşdirilən kəndlərlə və əhalinin artımını nəzərə almaqla 50 mindən yuxarı olduğu bildirilib. Yeni Ağdam isə 100 min nəfər sakin üçün planlaşdırılır. Plana görə, şəhərə onun “tarixi hüdudlarından başqa” bir neçə (planın təqdimatında 8 kəndin adı çəkilib) kənd birləşdirilib. Baş planı Prezidentə təqdim edən Ruslan Sadıqov bildirib ki, əhalinin 70 faizi şəhər ərazisinin 30 faizində yaşayacaq.
Ağdam şəhərinin yeni nəzərə çarpacaq xüsusiyyətlərdən biri kimi onun “intensiv, müasir bağlar” və əlçatan yaşıl zonalara sahib olmasıdır. “Turistlər, yaxud da yerli sakinlər şəhərə yaxınlaşanda onun ətrafında ən müasir bağlar görəcəklər”, – Baş planın təqdimatında deyilib.
Həmin bağların içində kiçik müəssisələr, turizm obyektləri, 8-12-20 yerlik otellər ola bilər ki, şəhərə gələn qonaqlar “kənara çıxmadan bağ-bağatın içində” qala bilsinlər. “Yaz gələndə Ağdam hər ay dəyişən çiçəklərin əhatəsində olacaq”, – Ruslan Sadıqov qeyd edib. Adətən, şəhərdə yaşıllıq zonaları üçün 15 faiz ayrılırsa, layihədəki meşə zolaqlarının sahələri 23 faizə çatacaq.
Bu gün çiçəkləndirəcəyimiz Ağdam, gələcək nəsillərə yuva olacaq!
Riyaziyyat və kompüter elmlər kafedrasının müəllimi Rasim Nərimanov