Türkün gücü

Nəhayət ki, 30 il işğal altında qalan torpaqlarımız düşmənlərdən təmizləndi. 27 sentyabr 2020-ci il səhər saatlarinda Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq,mülkü əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan orduunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu ürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Beləliklə, İkinci Qarabağ müharibəsi başladı. Vətən müharibəsində qələbəmizi şərtləndirən əsas amillər sırasında qəhrəman döyüşçülərimizin Vətən sevgisi, Vətən məhəbbəti, onların torpağa, yurda bağlılığı önəmli rol oynadı. Onlar Ermənistanın işğalı səbəbindən ölkəmizin hansı ağrı-acıları yaşadığını, neçə-neçə azərbaycanlı ailəsinin məhv edildiyini, valideynlərinin doğma yurdlarından didərgin salındıqlarını yaxşı bilirdilər. Onlar Ermənistan ordusu tərəfindən törədilən vəhşilikləri heç zaman unuda bilmirdilər, Ermənistan və qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilən Xocalı soyqırımını yaddan çıxarmır, günahsız qurbanların xatirəsini daim əziz tuturdular. Bax, bütün bunlara görə də Vətən müharibəsində torpağa, Vətənə, dövlətə sonsuz sevgilərlə bağlı olan gənclərimiz şücaət göstərərək, parlaq qələbə qazandılar. Məsələn, müzəffər Azərbaycan Ordusunun igid əsgər və zabitləri hərb tarixinə düşəcək bir səviyyədə döyüşərək, yaxın məsafədən əlbəyaxa döyüşlərdə düşmənə qalib gəldilər.
Beləliklə, əgər Vətən sevgisi, dövlətə, xalqa belə möhkəm bağlılıq olmasa idi, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan 4 qətnaməsini təkbaşına reallaşdıra, hərb meydanında düşmənə qalib gələ, cəbhə xəttinin bütün istiqamətlərində əməliyyat şəraitinə tam nəzarət edə bilməzdi.
Azərbaycan dövləti hərb meydanı ilə yanaşı, diplomatik və ideoloji cəbhədə də mübarizə aparırdı. Ölkə başçısının yüksək siyasi məharəti sayəsində diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Ölkə Prezidenti Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti haqqında dünya ictimaiyyətini məlumatlandırırdı. Hərbi əməliyyatların nəticəsi Prezidentin rəsmi Twitter hesabından operativ olaraq paylaşıldığından, vətəndaşlar o səhifədəki xəbərləri səbirsizliklə gözləyir, KİV 8 nümayəndələri də oraya istinad edirdilər. Müharibənin gedişində müxtəlif nüfuzlu əcnəbi televiziya kanallarına verdiyi müsahibələrdə Ali baş komandan beynəlxalq aləmdə Azərbaycan haqqında formalaşmış yanlış təsəvvürləri aradan qaldırırdı. Azərbaycan Prezidenti erməni yalanlarına uymuş bəzi xarici müxbirlərin qərəzli suallarını soyuqqanlıqla cavablandıraraq onları məntiqli arqumentlər əsasında susdururdu.
Qarabağın azad edilməsi uğrunda göstərilən səylərə və türk birliyinin daha da güclənməsindəki fəaliyyətinə görə Prezident İlham Əliyev cari ilin 12 noyabr tarixində Türk Dünyasının Ali Ordeni ilə təltif edilmişdir. Təltif olunan Prezident İlham Əliyev öz təşəkkürünü bildirərkən demişdir: “Bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır.”;
Çoxaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı hərbi əməliyyatları dayandırmağa,hər iki tərəfi gərginliyi azaltmağa və danışıqları təxirə salmadan davam etdirməyə çağırmışdır.Əqanıtan,Ukrayna,Pakitan,Türkiyə və Şimali Kipr Türk Respublikasıiə Azərbaycana dəstək olduqlarını bildirmişdir.Xüsusilə qeyd edək ki, bu savaşda Azərbaycana əlavə güc verən müharibənin ilk saatlarından başlayaraq son dəqiqələrinə qədər qardaş Türkiyənin göstərdiyi dəstək və mənəvi dayaq oldu. Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın: “Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır” – bizə əlavə güc verdi.Qardaş ölkənin prezidentinin bu sözləri haqq işimiz uğrunda mübarizədə bizi daha da ruhlandırdı. Türkiyənin dəstəyi Qələbəyə olan inamımızı daha da artırmışdır.
Bu gün türk dünyasının mərkəzində dayanan güclü Türkiyə dövlətidir.Bu haqq işimizdə biz hər zaman qardaş türk xalqını yanimizda gördük. Ölkələrimiz arasındakı birlik, həmrəylik, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulmuş əlaqələr daha da möhkəmlənəcək.
Türkiyə son illər ərzində dünya miqyasında güc mərkəzinə çevrilmiş və təkcə bölgədə yox, dünya miqyasında söz sahibi olmuşdur.Dünya dövlətləri artıq Türkiyə ilə razilaşmaya bilmirlər. Türkiyənin gücünü – siyasi, iqtisadi, hərbi gücünü indi dünyada bilməyən yoxdur. Türk dövlətlərin birgə gələcəyi üçün çox möhkəm zəmin var, möhkəm təməl var. Bu, ortaq köklərimizdir, dilimizdir, dinimizdir və ortaq maraqlarımızdır.
Mübarizəmizdə birlik olaraq Türk Dövlətləri Təşkilatı da öz özünü dedi.Türk Şurası,Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış ərhədlərinin toxunulmazlığını qorumağa çağırdı və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindəndərhal,qeyri-şərtsiz və tam çıxarılmasını tələb etdi.
Türk Dövlətləri Təşkilatının (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası artıq yeni ad altında fəaliyyət göstərəcək) dünya üçün,əsasən də türk dilli xalqlar üçün önəmi bundan sonra da artacaqdır. Təşkilatın təməlində təbii müttəfiqlər yerləşir. Türk dövlətlərin işbirliyi səmimidir. Xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və böyük coğrafiyanı əhatə edir. Türk ölkələrinin zəngin təbii qaynaqları, müasir infrastrukturu və nəqliyyat yolları vardır.Türk dövlətlər birliyinin sıraları ildən ilə genişlənməkdədir. Son iki il ərzində önəmli hadisələrdən biri Türkmənistanın təşkilata müşahidəçi qismində qoşulmasıdır. Bu da təbiidir. Eyni zamanda, Bakı Zirvə Görüşündə Özbəkistan Şuraya üzv oldu, bu da çox önəmli hadisədir. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündə Naxçıvan sazişini dörd lider imzalamışdı, ancaq bu gün üzvlərin sayı 7-yə çatıb. Bu, onu göstərir ki, təşkilat çox cəlbedicidir.
44 günlük müharibənin böyük tarixi nəticələrindən biri budur ki, XVIII əsrdən bəri torpaqlarını itirən Azərbaycan dövləti XX əsrin 90-cı illərində itirdiyi torpaqlarını Vətən müharibəsində Ermənistan üzərində böyük şanlı qələbə çalmaqla geri qaytardı, Respublikamızın dövlət sərhədlərini bərpa etdi. Vətən Müharibəsi azərbaycanlıların sınmış qürurunu, bükülmüş belini düzəltdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Azərbaycan xalqı intiqamını düşməndən döyüş meydanında aldı.Şəhidlərimizin qanı yerdə qalmadı. Biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq”.Qürurla deyə bilərik ki, Azərbaycan xalqı 30 illik işğala son qoydu. Azərbaycan xalqı Qarabağın azad olunmasının birinci ildönümünü sevinclə və qürurla qeyd etdi. Xalq özü Birləşmiş Millətlər Təşkilatının 1993-cü ildə qəbul etdiyi və kağızda qalmış qətnamələri yerinə yetirdi. Tarixi ədalət bərpa olundu, beynəlxalq hüquq bərpa olundu. Bu Zəfər tarixi əhəmiyyət daşıyır. Müharibə dayanan gün artıq bütün atışmalara, bütün xoşagəlməz hallara son qoyuldu. 44 gündən sonra Ermənistan təslim aktını imzalayaraq, o vaxta qədər azad edilməmiş torpaqlardan da özü çıxmağa məcbur olmuşdur və beləliklə, İkinci Qarabağ savaşı başa çatmışdır. 44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kənd işğalçılardan azad edildi və yüzlərlə şəhər, kənd isə sülh prosesi nəticəsində azad edilmişdir və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. Azərbaycan Qarabağda quruculuq işlərinə start vermişdir.Qələbə qazanmağımız ölkə qarşısında yeni vəzifələr qoydu.Qarabağla bağlı yenidənqurma layihələrinın həyata keçirilməsi işlərinə başlanıldı.Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ dirçəldilməli,yenidən qurulmalıdır.Türkiyənin bir çox şirkətləri işğaldan azad olunmuş ərazilərdə çox önəmli infrastruktur layihələrində çalışırlar. Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün ən çox dəstək verən ölkə qardaş Türkiyədir. Körpülər, tunellər, yollar, dəmir yolları, elektrik stansiyaları, hava limanları, – bütün bu işlərdə Türkiyə şirkətləri fəal şəkildə iştirak edirlər. Füzuli Hava Limanının inşasında Azərbaycan şirkətləri ilə bərabər, 12 türk şirkəti iştirak etmişdir. Hazırda Türkiyə şirkətləri, eyni zamanda, Zəngilan Hava Limanının inşasında iştirak edirlər. İkinci Qarabağ savaşının nəticələri bölgə üçün yeni imkanlar açır. Nəqliyyat baxımından Zəngəzur koridorunun açılması bütün bölgə üçün yeni imkanlar açacaqdır. Zəngəzur koridoru həm türk dünyasını, həm Avropanı, həm qonşu ölkələri birləşdirə biləcək bir layihədir və bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlər gedir. Çar imperiyasının siyasətini davam etdirən bolşeviklər də Azərbaycanı parçalamaqla eyni münasibəti sərgiləmişlər.1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdur. Tarixən Azərbaycanın ərazisi olan Zəngəzurun düz 101 il bundan əvvəl Ermənistana verildiyini,oradakı şəhər,kənd,hətta,Göyçə gölünün adlarınin dəyişdirildiyini gənc nəsilə bildirməlidir. XX əsrin xəritəsini təqdim etməklə bu faktı təsdiq etmək o qədər də çətin deyildir.
Bu gün bu coğrafiya bərpa olunur.Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə bu coğrafiya yenidən birləşir. Öz işğalçılıq siyasətinə görə məğlub vəziyyətdə olan Ermənistan gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir gətirməyəcək. Yaxın gələcəkdə Ermənistan həm Türkiyəyə, həm Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır, əks təqdirdə onlar daha da pis duruma düşə bilərlər. İndi isə yeni dövr – quruculuq mərhələsi, postmünaqişə dövrü başlayıb. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq öz həllini birtərəfli qaydada tapıb. Azərbaycan Prezidentinin bildirdiyi kimi, bunu həll edən tərəf isə bizik, Azərbaycan dövlətidir: “Biz ərazi bütövlüyümüzü bərpa etmişik. Biz qələbə qazanmışıq.”

Dil-ədəbiyyat və onların tədrisi texnologiyaları kafedrasının müəllimi Ruqiyyə Babaşova

Paylaşın: