Tarixə atılan uğurlu imza

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 24 dekabr 2021 il tarixində Qarabağa növbəti səfər edib. Birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyevlə birlikdə Xocavənd rayonunun Hadrut qəsəbəsinə, burada hərbi hissənin açılışında iştirak ediblər. Açılışda cıxış edən prezident qeyd edib ki, son illər ərzində Azərbaycan ərazisində bir çox yerlərdə yeni hərbi hissələr, hərbi şəhərciklər salınmışdır. Hərbi sahəyə böyük diqqət yetirilir, çünki hərbçilərin xidmət şəraiti elə olmalıdır ki, onlar istənilən vəzifəni icra edə bilsin, hazırlıq üçün, məşq üçün yaxşı şərait olsun. Ordu quruculuğu istiqamətində aparılan işlər arasında hərbi hissələrin yaradılması xüsusi yer tutur və artıq Azərbaycanın bütün bölgələrində əksər hərbi hissələr lazımi standartlara cavab verir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev həmin tədbirdə çıxış edərkən yeni yaradılan hərbi hissəllər ilə bağlı açıqlaması Azərbaycanın gələcək ordu peşəkarlığının artırılmasına bir işarədir. Ölkə başçısı qeyd etdi ki, belə briqadaların sayı bir yox, iki yox, daha çox olacaq. Bu isə o deməkdir ki, Azərbaycan həm yeni və müasir silahlar almaqla yanaşı həm də ordunun peşəkarlığını artırmaqla dünyanın inkişaf etmiş ordularının ön səralarına qərarlaşmasına çalışır

Hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məişət-mənzil problemlərinin həlli də həmişə dövlətin diqqət mərkəzindədir. İlham Əliyev bu sahədə aparılan dövlət səviyyəli işlərdən danışaraq demişdi ki, 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən mənzillər verilir və bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunmuşdur. Cari ilin sonuna qədər 130 hərbçi ailəsinə yeni mənzillər veriləcəkdir. Ordu dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqətlə əhatə olunub. Bu diqqət və qayğının nəticəsində bu gün Azərbaycanın Müzəffər Ordusu dünyada məhz müzəffər, döyüş meydanında qalib gəlmiş ordu kimi tanınır .

Bilirik ki, ölkəmizdə müharibədən sonra ordu quruculuğu prosesi dayandırılmayıb. Orduya ayrılan xərclər azalmayıb, əksinə, artırılıb. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq. Müharibədən sonra həm müasir tələbələrə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır.

Hamıya məlumdur ki, Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik olan bir əməliyyat idi. Hadrut işğalçılardan azad edilməsəydi, gələcək əməliyyatlarda daha böyük çətinliklərlə ola bilətrdi.Məhz bunu nəzərə alaraq Prezident çıxışında göstərmişdir ki, təsadüfi deyil ki, işğaldan ilk azad edilmiş şəhər olan Cəbrayıldan sonra ikinci böyük yaşayış məntəqəsi Hadrut olmuşdur. Müzəffər Azərbaycan Ordusu ötən il oktyabrın 9-da bu qəsəbəni işğalçılardan azad etmişdir. Mənfur düşmən 30 il ərzində işğal altında olan bütün torpaqlarda güclü istehkamlar və bir neçə xətdən ibarət müdafiə sədləri qurmuşdu. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin təbii relyefi də düşmən üçün əlverişli idi. Çünki bu dağlarda, təpələrdə yerləşərək onlar böyük hərbi üstünlüyə malik idilər. Ona görə bizim hərbçilərimizin həm peşəkarlığı, həm fiziki gücü, mənəvi hazırlığı, vətənpərvərliyi, fədakarlığı bu şərəfli Qələbəmizə nail olmaq üçün bizə imkan yaratdı.Həqiqətən də Hadrutun azad edilməsi gələcəkdə qələbə qazanmaqda ordumuza genişimkanlar açdı. Hadrut əməliyyatından sonra Azərbaycan ordusu şərəfli missiyasını davam etdirdi. Hadrutdan 8 gün sonra Füzuli azad edildi. Füzulidən bir neçə gün sonra Zəngilan, Qubadlı rayonları və Laçının cənub hissəsi işğalçılardan azad edildi. Ordumuz faktiki olaraq Laçın dəhlizinə çıxdı və Laçın dəhlizini nəzarətdə saxladı və Hadrutdan sonra Şuşaya yol açıldı. Hadrut işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı. Şuşa əməliyyatı artıq bir dastana çevrilib. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında indi müzakirələr gedir, təhlillər aparılır və bir çoxları, xüsusilə Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq mədəniyyət paytaxtımız olan, Qarabağın tacı olan Şuşanı işğalçılardan azad etdilər.

Hadrutdan sonra Prezident Şuşaya gedib 60 illiyini də Qarabağda – Şuşada keçirib. Cıdır düzundə onu tərik ünvanlayanlara təşəkkür edərək deyib ki, Azərbaycan xalqı yaxşı bilir ki, mən ad günlərimi qeyd etmirəm. Adətən ad günlərimə təsadüf edən günlərdə hansısa sosial obyektlərin açılışında iştirak edirdim, məcburi köçkünlərlə, şəhid ailələri ilə görüşürdüm. Şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, yeni salınmış köçkün qəsəbələrində bu kateqoriyadan olan insanlarla görüşürdüm. 50 illiyimi də məcburi köçkünlərlə bərabər qeyd etmişdim. 50 illiyimi Qarabağda – Ağcabədidə keçirdim, 60 illiyimi isə Qarabağda – bu dəfə Şuşada keçirirəm. Bu iki tarix arasında bir canlı bağlantı var. Ölkə ərazisində və bölgədə gedən proseslərə biz sadəcə olaraq seyrçi deyildik. Biz bu prosesləri böyük dərəcədə idarə edirdik. Biz bölgə gündəliyini formalaşdırırdıq. İkinci Qarabağ müharibəsində əldə edilmiş Zəfərdən sonra bizim gücümüz, nüfuzumuz, təsir dairəmiz daha da genişləndi. Bu gün azad Qarabağda, Şuşada və Hadrutda olarkən mən, – əgər belə demək mümkündürsə, – öz ad günümü qeyd edirəm.

Qarabağa bu səfərdə cıxışında dövlət başçısı tərəfindən ölkə iqtisadiyyatının daha da gücləndirilməsi ilə bağlı konkret olaraq mühüm mesajlar verildi: “Bütün bunların fonunda ölkə başçısı bir daha sülh mesajlarını da bütün dünyaya bəyan etdi. Vurğulanan o oldu ki, Azərbaycan sabitlik istəyir. Biz müharibədə qalib tərəfik və bundan sonra sülhün təminatı üçün səylər göstəririk. Çünki sülh haqqında danışmaqla hər şey bitmir. O mütləq ki, təmin edilməlidir. Məğlub tərəf isə bir tərəfdən guya Azərbaycanın dediklərini təkrar etməyə məhkum olduğunu göstərir, digər tərəfdə isə başqa oyunlar oynamaq niyyətini də gizlətmir.

Xalqın dəstəyinə arxalanan Prezident İlham Əliev çıxışında vurğuladı ki, “2003-cü ildən – Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq”

Sosial və pedaqoji elmlər kafedrasının baş müəllimi, ps.ü.f.d İlhamə Sultanova

Paylaşın: