Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı

 Tələbə, professor-müəllim və  işçi heyətinin üzvlərinin nəzərinə

             Hörmətli həmkarlar və əziz tələbələr !

Bildiyimiz kimi müvafiq qaydalara görə yaşı 18-dən yuxarı bütün təhsil  prosesi iştirakçıları etibarlı olan COVİD-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikarı  və  ya   COVİD-19-dan  sağalaraq  imunitetə   malik  olmanı  təsdiqləyən sənədi, yaxud COVİD-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş setifikatı olmalıdır və tədris binalarına giriş üçün bu sənədlərlə yanaşı tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (maska) məcburi istifadə tələb olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 419 nömrəli qərarına əsasən 15 fevral 2022 – ci il  tarixindən xüsüsi  karantin  rejiminin qaydalarında  bəzi  dəyişiklik  nəzərdə  tutulub. Beləki, peyvəndin  2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin ”Peyvənd sertifikatı” cari ilin  fevralın 15-dən etibarlı hesab edilməyəcək.

      Koronavirusa qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını qəbul edən şəxslərə “Peyvənd Sertifikatı” verilir. “Peyvənd Sertifikatı”nın etibarlılıq müddəti 6 aydır. Həmin müddət  bitdikdən sora peyvənd istehsalçısının istifadə təlimatında 2 doza qəbul edilməsi nəzərdə tutulan  peyvəndin 1 dozasını (buster doza)  aldıqda  “Peyvənd  sertifikatı” nın qüvvədə olması müddətsiz olaraq uzadılır.

Halzırda dünyada və Azərbaycanda COVİD-19-un Omicron variantının kəskin yayılması səbəbindən, tələbə və həmkarların peyvənd olunması, vaxtı çatıbsa buster doza qəbul etmələrini xahiş edirik .                                                                       DİREKTORLUQ                                                                         

Paylaşın: