Məktəbəqədər təhsil ixtisasının buraxılış ili tələbələri üçün təşkil olunmuş “Tərbiyəçi müəllimlərin işə qəbulu imtahanlarına hazırlıq” adlı növbəti təlim baş tutdu. Təlim, Pedaqogika və psixologiya kafedrasının müəllimi Zeynəb Səfərli tərəfindən aparılmışdır.
Təlim zamanı tələbələrə tərbiyəçi-müəllimlərin hüquq və vəzifələri, əsas sənədlər, məktəbəqədər müəssisələrə işə qəbulu prosesində iş elanı və sənədlərin toplanması, yazılı imtahan prosesi, müsahibə mərhələsinə hazırlıq və s. haqqında ətraflı məlumat verildi. Daha sonra imtahana hazırlıqla bağlı praktiki tapşırıqlar yerinə yetirildi.
Təlimin sonunda tələbələri maraqlandıran məqamlarla bağlı suallar cavablandırıldı