16 noyabr 2022-ci il tarixində, Şamaxı ASAN Təlim Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Şamaxı Rayon Gənclər və İdman idarəsi, İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyi və Şamaxı Asan Xidmətin birgə təşkilatçılığı ilə ölkədə ilk dəfə olaraq Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə “Regional Azərbaycan Çempionatı” layihəsinin Şamaxı seçim turu keçirildi.
Layihənin keçirilməsində əsas məqsəd Azərbaycanın 44 gün müddətində qazandığı zəfəri gənc nəsilə aşılamaq, qəhrəmanlarımızın keçdiyi şərəfli yolu intellekt yolu ilə gənclərimizə çatdırmaq, vətənpərvərlik hisslərinin geniş təbliği, ölkənin tarixini, coğrafiyasını, milli-mənəvi dəyərlərini öyrətməkdən ibarətdir.
Şamaxı seçim turunda ümumilikdə 10 komanda finala vəsiqə uğrunda mübarizə aparıb. Gərgin mübarizənin sonunda 1-ci yeri Şamaxı ASAN xidmət mərkəzinin komandası, 2-ci yeri ADPU-nun Şamaxı filialının komandası tutaraq final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, final mərhələsi noyabr ayının sonunda İsmayıllı rayonunda keçirilməsi planlaşdırılıb.
Qaliblərimizi təbrik edir, növbəti mərhələlərdə uğurlar arzulayırıq.
Paylaşın: