Sentyabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında  “Təhsil və karyerada kvant düşüncənin rolu” adlı təlim keçirilib.Təlim 3D Klubunun rəhbəri Kvant düşüncə təlimçisi, yaşam kouçu Cəfər İbadov tərəfindən keçirilib.

Görüş zamanı Kvant düşüncənin mahiyyəti və onun təhsil və karyeramızda tətbiqi, dəyər, onun mahiyyəti, əlamətləri, əsl dəyərlərin müəyyən edilməsi metodikası, dəyərlərin müəyyən edilməsi zərurəti, hədəfə çatmaqda dəyərlərin rolu, layiqlik və dəyərlilik, hədəfin (arzunun), münasibətlərdə problemin və zərərli vərdişin tərgidilməsinin 4 mərhələli sxemi və s. haqqında məlumat verilib.

Təlim zamanı Cəfər İbadovla tələbələr arasında səmimi müzakirələr aparılıb. Sonda tələbələrin maraq dairəsini əhatə edən meditasiya keçirilib və ən fəal iştirakçı mükafatlandırılıb.

Paylaşın: