“Təbiəti qorumaq borcumuzdur” mövzusunda elmi seminar
21 oktyabr 2021-ci ildə “ Sosial və pedaqoji elmlər” kafedrasının baş müəllimi Əkbəri Təranənin “Təbiəti qorumaq borcumuzdur” mövzusunda elmi seminarı keçirilmişdir. Kafedranın baş müəllimi Təranə Əkbəri “Ekoloji problemlərin yaranmasında insan amilinin rolu ” mövzusunda çıxış edərək insan cəmiyyətinin həyat fəaliyyəti, elmi və texnoloji tərəqqinin nailiyyətləri nəticəsində ətraf mühitin çirklənməsi, qlobal istiləşmə, ozon çuxurları, bir çox heyvan və bitki növlərinin yox olması haqqında ətraflı məlumat verdi.
Kafedranın müəllimi Zərifə Həmidova ”Təbiəti qorumaq vətəndaşlıq borcumuzdur” adlı çıxışında bildirdi ki,müasir dövrdə ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevrilib. Sağlamlığımızı təmin etmək üçün ilk növbədə təbiəti sağlamlaşdırmaq, ətraf mühiti qorumaq gərəkdir.
Seminar “Təbiəti qoruyaq! ” adlı təqdimatla başa çatdı.