17 noyabrda ADPU-nun Şamaxı filialıda 2022-ci ilin “Şuşa ili” elan olunması ilə bağlı keçirilən növbəti tədbir – “Şuşanın görkəmli şəxsiyyətləri“ mövzusuna həsr olunmuş dəyirmi masa baş tutdu.
İlk olaraq “Şuşanın fatehləri”nin timsalında bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Filialın direktoru, dosent Tünzalə Yusifova çıxışında bildirdi ki, cənab Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa İli” elan olunması barədə Sərəncamın imzalanması Şuşamızın, həm də bütünlükdə Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr verməkda davam edir. Bu sərəncam həmçinin Şuşanın tarixinin, görkəmli şəxsiyyətlərinin gənc nəsil tərəfindən araşdırılmasında böyük rol oynayacaqdır.
Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri, f.ü.f.d Eyvaz Eminalıyev qeyd etdi ki, Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşa tanınmış elm və mədəniyyət xadimlərinin vətəni hesab edilir. Həmçinin tələbələrimizin bu kimi tədbirlərə böyük həvəslə qoşulmaları onların Vətən sevgisindən qaynaqlanır.
Kitabxana və elektron resurslar şöbəsinin müdiri, Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Razimi Vəsilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın bütün sahələr üzrə – incəsənət, elm, və ədəbiyyat və s. üzrə tariximizdə mühüm rol oynadığını vurğuladı.
Sonra tələbələrdən Səkinə Razmiyani, Səbinə Qurbanlı “Şuşanın tarixi” mövzusunda təqdimatla çıxış etdilər. Fidan Qafarova, Zərifə Hidayətova, Narınc Cəbraylova, Fidan Abbasova, Gülnarə Əsədova, Zəhra Cəfərzadə, Rəqsanə Ağayeva, Səbinə Əsgərli, Yemən Abdulova, Kifayət Dəmirçiyeva, Turanə Qədirova, Rəsul Mehdiyev, Turanə Hacyeva və Səbirə Ağayeva “Şuşanın ədəbi mühiti” mövzusuna həsr olunmuş çıxış və şeir kompozisiyalarını təqdim etdilər. “Azərbaycanın konservatoriyası Şuşa” mövzusunda isə Nuranə Mirzəyeva, Ramilə Səfərova, Arzu Abdurrahmanova, Musa Allahyarov, Dünyaxanım Mustafazadə və Emil Əliyev təqdimatlarla çıxış etdilər. Sonda tədbirdə iştirak edən müəllimlər Tələbə Gənclər Təşkilatına, onun bütün fəal üzvlərinə təşkilatçılığa, hazırlanan çıxış və videoçarxlara görə təşəkkür etdilər.