Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialının Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “ON1000” proqramı çərçivəsində “Şuşa ili”nə və “Zəfər Günü”nə həsr olunan ağacəkmə aksiyası keçirilib.
Filialın tələbələri Zəfər Günü ərəfəsində şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq bir olub, ekoloji aksiyaya öz töhfələrini veriblər.
Tələbələrin təşəbbüsünü dəstəkləyən filialın direktoru, dosent Tünzalə Yusifova yetişən gəncliyin müsbət mənəvi keyfiyyətlərə malik olmasından, keçmişinə, tarixinə, təbiətinə bağlılığından qürur hissi keçirdiyini ifadə etdi.
Qeyd edək ki, filialın həyətyanı sahəsində həyata keçirilən aksiyada hər bir qrup ona ayrılan sahədə ağac və gül kolları əkmişlər. Həmçinin il arzində bitkilərə qulluğu da öz üzərlərinə götürüblər.