Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Şuşa, biz qayıtmışıq. Biz səni dirçəldəcəyik!” mövzusunda elmi seminar keçirilib. Seminarda filialın rəhbərliyi, professor-müəllim və tələbə heyəti iştirak edirdi. İlk olaraq Vətən uğrunda canından keçmiş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra filialın sosial və humanitar elmlər kafedrasının müəllimi, dosent Mayıl Alıcanov mövzu haqqında geniş çıxış edərək seminar iştirakçılarını ətraflı məlumatlandırıb. Son olaraq elmi seminar diskussiya formasında davam edib, iştirakçıların fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

 

Paylaşın: