Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının Direktor Şurasının 13 sentyabr 2018-ci il tarixli iclasının qərarı ilə (protokol № 1) təsdiq edilmişdir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı 2018-2022-ci illər üzrə STRATEJİ İNKİŞAF  PLANI

                                           Şamaxı-2018

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 

Şamaxı filialı

2018-2022-ci illər üzrə STRATEJİ İNKİŞAF PLANI

 

Şamaxı-2018

 

Ön söz

 

Təhsil hər bir dövlətin strateji inkişafı ilə üzvü surətdə bağlı olan sahədir. Dünyanın bir çox inkişaf etmiş ölkələrinin mövcud inkişafının dayanıqlılığının kökündə elm və təhsilə ayırdığı yüksək diqqət dayanır. Bu gün dünyada ən vacib və strateji əhəmiyyətli dəyər, yüksək ixtisaslı insan resurslarına və kapitalına malik olmaq dayanır. Azərbaycan Respublikası Hökuməti bu fikirləri qəbul edərək, müstəqilliyinin əsas dayaqlarından biri kimi milli təhsil sistemini inkişaf etdirməyi və dünyanın qabaqcıl ölkələri ilə rəqabət apara biləcək səviyyəyə qaldırmağı hədəfləyir. Bu prosesdə əsas məsələlərdən biri təhsilverənlərin, xüsusilə, məktəbəqədər, ibtidai və orta təhsildə daha peşəkar müəllimlərin çalışmasına nail olmaqdır.

Müstəqillik əldə edildikdən sonra təhsil sistemində baş verən bəzi çətinliklər, həyata keçirilən islahatlarla ayaqlaşmaqda, müasir çağırışları cavablandırmada ADPU-nun Şamaxı filialı da mühafizəkar davranmışdır.

Hazırda ADPU-nun Şamaxı filialında bakalavr təhsil səviyyəsində 518 nəfər tələbə təhsil alır və onlara 48 nəfər akademik və 59 nəfər inzibati heyət xidmət göstərir.

Dövlətin uğurlu təhsil siyasəti nəticəsində filialın yeniləşməsinin, təhsilin keyfiyyətinin daha da yaxşılaşmasının, işçi heyətin daha da optimallaşmasının, strukturun və infrastrukturun daha da təkmilləşməsinin şahidi oluruq. Amma daha uzunmüddətli və davamlı inkişafa nail olmaq üçün strateji inkişaf üzrə fəaliyyət planının olması zəruri olmuşdur.

ADPU-nun rəhbərliyi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasını, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” adlı Fərmanı və Peşə təhsili üzrə Strateji Yol Xəritəsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”ni əsas götürərək yerli və beynəlxalq ekspertlərin ADPU-da apardığı tədqiqatların nəticələrində verdiyi təklifləri nəzərə alaraq “ADPU-2022” Strateji İnkişaf Planını hazırlamışdır. Bu plana əsasən də ADPU-nun Şamaxı filialının “Strateji İnkişaf Planı” hazırlanmışdır.

 

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının Strateji Bəyannaməsi

 

 

 

  1. ADPU-nun Şamaxı filialının missiyasıMilli şüura malik, tədqiqatçı, məhsuldar, dərindüşüncəli, elmə, insan hüquqlarına hörmət edən, yaradıcı və innovativ fərdlər-pedaqoqlar yetişdirmək; Təhsil, tərbiyə, araşdırma və s. digər elmi tədbirlər vasitəsilə cəmiyyətin texnoloji, sosial-iqtisadi və mədəni səviyyəsinin yüksəldilməsinə töhfə vermək.

 

  1. ADPU-nun Şamaxı filialının gələcəyə baxışı (Vizyonu)Beynəlxalq standartlara cavab verəntədqiqatçı-müəllim hazırlığını peşə təhsilinin əsasları, ixtisas və innovasiyalar istiqamətində həyata keçirmək.

 

  1. ADPU-nun Şamaxı filialının əsas dəyərləri:

 

  • Bütövlük/ şəffaflıq:ədalətli, vicdanlı və etik şəkildə davranmaq, filialın bütün fəaliyyət və qərar qəbulu proseslərində güvən mədəniyyətini yaratmaq.

 

  • Mükəmməllik: davamlı olaraq yüksək keyfiyyətli proqramlar, tədris, xidmət vətəqaüd imkanları təqdim etməklə cəmiyyətin inkişafına xidmət göstərmək.

 

  • İnnovasiya: fərdi yaradıcılıq vəkreativliyi təşviq etməklə ideyaların inkişafını nəzərə almaq və dəstəkləmək, karyerada yüksəlmə və dəyişməyə, dinamikaya imkan verən mühit yaratmaq.

 

  • Cavabdehlik: filiala  ayrılmış resursları səmərəli idarəetməklə akademik, proqram və maliyyə bütövlüyünü və dəyərini təmin etmək.

 

  • Ehtiram: bütün fəaliyyət vəqərar qəbulunda kollektiv olaraq hər kəsə insani, açıq və peşəkar yanaşmaq və müxtəlifliyə açıq olmaq.

 

  • Əməkdaşlıq: komanda işi, korporativ mədəniyyət, iştirakçılıq, ideya vəperspektivlərin müxtəlifliyinə dəyər verməklə ümumi məqsədlər uğrunda filialın yerli (milli), regional və qlobal səviyyədə digər tərəfdaşlarla əməkdaşlığı.

 

  1. ADPU-nun Şamaxı filialının əsas hədəfləri:

 

  • Tələbələr üçün filial məmnunluğunu gücləndirmək (tələbə məmnunluğu sorğuları, müəllimlərin qiymətləndirilməsi kimi metodlar vasitəsilə)

 

  • Tələbə nəticələrini yüksəltmək (filialdan kənar imtahanlardan keçid səviyyəsi, işlə təmin olunma, ixtisasların qəbul yerlərinin dolma səviyyəsini və s. ölçməklə)

 

  • Filiala yüksək bacarıqlara malik tələbələri cəlb etmək (filiala qəbul ballarının əsasında) və filiala yüksək balla qəbul olunan tələbələrin bacarıqlarının tədqiqat-innovasiya istiqamətində inkişafına nail olmaq.

 

  1. ADPU-nun Şamaxı filialının şüarı:Ənənələrə sadiq, yeniliklərə açıq !

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin

 

Loqosunun rəsmi izahı

Bu loqo müasir Azərbaycan pedaqoji təhsilinin əsas çalarlarını və prinsiplərini özündə ehtiva edən, ADPU-nu təmsil etmək məqsədi ilə istifadə edilən qrafik işarələrdən ibarət olan rəsmi simvoldur.

Loqonun mərkəzindəki açıq kitab təhsilin fasiləsizliyini, daimiliyini və dünyaya açıq olduğunu ifadə edir.

Kitabı dövlət bayrağımızın rənglərinə boyanmış aypara əhatə edir. Bu rənglər loqoda Azərbaycan Respublikasının dövlət bayrağındakı mənasını təhsilimizdə millilik, dünyəvilik və əxlaqi-mənəvi dəyərlərə sadiqlik prinsiplərini əks etdirmək üçün istifadə olunub. Bu görüntü təhsilin gələcək nəsli Azərbaycançılıq məfkurəsində tərbiyə etmək kimi əsas vəzifəsinə eyham vurur.

Kitabın üstündə iki bərabəryanlı düzbucaqlı üçbucağın yaratdığı kvadrat təhsilin inteqrativliyini, tamlığını, varisliyini və davamlılığını əks etdirir. Üçbucaqlardan biri universitetin keçmişini, ikincisi gələcəyini, ikisi bir yerdə isə bu gününü əks etdirir.

Loqo isə təhsilin keyfiyyətlilik prinsipinə əsaslanan qüdrətini və gücünü əks etdirən qızılı rəngli əsas dairə ilə tamamlanır. Onun üzərində universitetin tam adı və yaranma tarixi olan 1921-ci il qeyd olunub. 1921 yazısının sağındakı və solundakı səkkizguşəli ulduz Azərbaycan Respublikasının dövlət bayrağındakı müvafiq simvolun mənasını daşıyır və loqonun mənalanmasını təmin edir.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının 2018-2022-ci illər üzrə STRATEJİ İNKİŞAF PLANI

 

Tədris və ümumi idarəçilik işləri üzrə

 

Görülən işin məzmunu İcra müddəti Məsul struktur bölməsi Qeyd
1 ADPU-nun Şamaxı filialında fəaliyyətinin nəticələrinə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik idarəetmə sisteminin formalaşdırılması və filialın idarə edilməsinin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulması. Filialda  yerli və beynəlxalq təcrübə əsasında müasir idarəetmə sisteminin təkmlləşdirilməsi Müntəzəm Direktorluq Struktur bölmələri ilə birgə
2 ADPU-nun Şamaxı filialının təhsil-tədqiqat-innovasiya mərkəzinə çevrilməsini və filialda rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən yeni standartların tətbiqi 2018-2022 Tədris və tələbə şöbəsi,

dekanlıq və kafedralar

Tədris və elmi işlər üzrə prorektorla birgə
3 ADPU-nun Şamaxı filialında təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə Reytinq qiymətləndirmə sisteminin yaradılması 2018-2022 Tədris və tələbə şöbəsi

dekanlıq və kafedralar

Filialın Keyfiyyət

Komissiyası ilə birgə

4 ADPU-nun Şamaxı filialında əmək bazarının tələbatına uyğun kadr hazırlığını (xüsusilə ümümtəhsil müəssisələrinin) təmin etmək məqsədi ilə tələbatın öyrənilməsi və ehtiyacların qarşılanması Müntəzəm Tədris və tələbə şöbəsi,

dekanlıq və kafedralar

Tədris və elmi işlər üzrə

direktor müavini ilə birgə

5 Müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması, orta ümumtəhsil məktəblərinin müəllimlərinin öz işlərindən və tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması Tədris ilində Tədris və tələbə şöbəsi, kafedralar Tədris və elmi işlər üzrə

direktor müavini ilə birgə

6 ADPU-nun Şamaxı filialında əməkdaşların maddi motivasiyasının yaxşılaşdırılması məqsədilə səriştə və nəticə əsaslı differensiallaşdırılmış rəqabətqabiliyyətli əmək haqqı və müxtəlif stimullaşdırıcı paketlər sisteminin yaradılması  2018-2022 Direktorluq Filialın Keyfiyyət

komissiyası

7 ADPU-Şamaxı filialında Reytinq qiymətləndirməsinin mahiyyəti, tələbələr arasında sorğuların keçirilməsi ilə bağlı maarifləndirmə tədbirlərin həyata keçirilməsi 2018-2022 Dekanlıq Kafedralarla birge
8 Filialda tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsinin qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması Müntəzəm Tədris və tələbə şöbəsi Dekanlıqla birgə
9 Tam orta təhsil səviyyəsində təhsil müəssisələrinin müxtəlif istiqamətlər üzrə bölünməsi ilə əlaqədar olaraq filialda kadr hazırlığı həyata keçirilən ixtisasların ekspertizası və gələcək ehtiyacları nəzərə alınaraq prioritet sahələr üzrə kadr hazırlığını təmin edəcək müvafiq dəyişikliklərin edilməsi Müntəzəm Direktorluq Müvafiq  struktur bölmələrlə birgə
10 Təhsil Nazirliyinin ümumtəhsil məktəblərinin müəllimlərinin işə qəbul müsabiqələrinin filial üzrə nəticələrinin digər ali məktəblərlə müqayisəli təhlil edilməsi Müntəzəm Direktorluq Tədris və elmi işlər üzrə

direktor müavini ilə birgə

11 Müəllimlərin tədris keyfiyyətinin müəyyənləşdirilməsi üçün tələbə qiymətləndirmə sorğusunun keçirilməsi Hər ilin mart və oktyabr aylarında Keyfiyyət komisiyyası Dekanlıqla birlikdə
12 ADPU-nun Şamaxı filialının 2018-2022-ci illər üzrə Strateji inkişaf Planının, eləcə də, hər tədris ili üzrə illik iş planının icrasına nəzarət və 2025-ci ilədək əsas hədəflərin, məqsədlərin müəyyən olunması Müntəzəm Keyfiyyət komisiyası Əlaqədar struktur bölmələri ilə birlikdə
13 Kafedraların əsasnaməsinin hazırlanması və təsdiq üçün təqdim

edilməsi

 2018 Kafedralar Filialın Əsasnaməsi əsasında
14 Kafedraların iş planının hazırlanması və təsdiq üçün təqdim edilməsi İllər üzrə Kafedra Elmi şurada
15 Bakalavr səviyyələrində tədris olunan fənlərin siyahısının tərtib olunması və fənlərin kafedralar üzrə dəqiq bölgüsünün aparılması (yəni hansı fənnin tədrisi,direktorun hansı əmriylə hansı kafedraya həvalə olunmuşdur). Hər ilin iyun ayı Tədris və tələbə şöbəsi Dekanlıq və kafedralarla birlikdə
16 Kafedraların konkret hədəfləri və gələcək inkişaf planlarının hazırlanması (kafedranın inkişaf hədəfləri və onların əsas xüsusiyyətlərinin izahı) Sentyabr Tədris və tələbə şöbəsi

və kafedralar

Tədris və elmi işlər üzrə

direktor müavini ilə birgə

17 Kafedrada tədris olunan fənlər arasında inteqrasiyaya nail olunması-müxtəlif fənlərin tədrisində müəyyən mövzuların təkrar olunmasının qarşısının alınması 2018-2022

 

Tədris və tələbə şöbəsi

dekanlıq və kafedralar

Tədris və elmi işlər üzrə

direktor müavini ilə birgə

18 Sillabusların və kafedrada tədris olunan hər bir fənn barədə məlumatın hazırlanması (fənnin əsas məzmunu-qısa təsviri) və elektron variantının saxlanılması. Hər semestrin

əvvəlində

Dekanlıq və kafedralar Tədris və elmi işlər üzrə

direktor müavini ilə birgə

19 Fənnin tədrisində bir müəllimdən asılılığın ortadan qaldırılması və bir fənnin bir neçə müəllim tərəfindən tədrisinin təşkili (Fənlərin alternativ tədrisi imkanlarının yaradılması). 2018-2022 Tədris və tələbə şöbəsi

dekanlıq və kafedralar

Tədris və elmi işlər üzrə

direktor müavini ilə birgə

20 Tədris olunan bütün fənlər üzrə yeni sillabusların tətbiqinin həyata keçirilməsi 2018-2022 Tədris və tələbə şöbəsi

dekanlıq, kafedralar

Tədris və elmi işlər üzrə

direktor müavini ilə birgə

21 Kafedrada tədris olunan bütün fənlər üzrə mühazirə Materiallarının elektron formada hazırlanması 2018-2022 Tədris və tələbə şöbəsi dekanlıq və kafedralar Kompüter mərkəzi ilə birgə
22 Dərs prosesində daha müasir və interaktiv təlim metodlarının, habelə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi tədbirləri 2018-2022 Tədris və tələbə şöbəsi dekanlıq və kafedralar Kompüter mərkəzi ilə birgə
23 Filialın digər Nazirliklərin müvafiq qurumları ilə əməkdaşlığının qurulması 2018-2022 Fakültə dekanlıqları və kafedralar Tədris və tələbə şöbəsi ilə birgə
24 Fakültənin əsasnaməsinin hazırlanması və təsdiq edilməsi 2018-2022  Dekanlıq Direktorluqla
25 Fakültələrin Elmi şuraları haqqında əsasnamənin hazırlanması və

təsdiq edilməsi

2018-2022 Dekanlıq Direktorluqla
26 Fakültənin iş planının hazırlanması və təsdiq üçün təqdim edilməsi 2018- 2022 Dekanlıq Direktorluqla
27 Fakültənin Elmi Şurasının iş planının hazırlanması və təsdiq  üçün

təqdim edilməsi

İllər üzrə Dekanlıq Direktorluq
28 Filialın strukturunun və onun idarə olunması sisteminin müasir tələblərə cavab verə biləcək şəkildə inkişaf etdirilməsi barədə təkliflərin hazırlanması 2018-2022 Direktorluq ADPU-nun təsdiqi
29 Fakültənin missiyası, məramı və hədəflərinin müəyyən olunması 2018-2022 dekanlıq
30 Tələbələrin zəruri məlumatlarla (təhsil pillələri üzrə tələblər, təhsil proqramları haqqında məlumatlar, tədris nailiyyətlərinin qiymətləndirmə prosedurları, ali təhsil müəssisəsinin daxili nizam-intizam qaydaları, təhsil haqqının ödənilməsi qaydaları və s.) təmin edilməsi 2018-2022 Dekanlıq Tədris və tələbə şöbəsi
31 Filialda olan tədris köməkçi heyətin işinin təşkili və onların

fəaliyyətinə nəzarətin həyata keçirilməsi

Hər  tədris illində Direktorluq İnsan resursları və karguzarlıq şğbəsi
32 Birinci tədris ilinə qəbul olunmuş tələbələrlə işin təşkili və orientasiya proqramının hazırlanması Hər il Tədris şöbəsi Dekanlıqla birgə
33 Filialda tədris edilən fənlərin mənimsənilməsinin mövcud vəziyyətinin  müəyyən edilməsi üçün monitorinqlərin aparılması Mütamadi Tədris və tələbə şöbəsi Keyfiyyət komisiyası ilə birgə
34 Filialın ADPU və digər nüfuzlu ali məktəblərin eyni profilli fakültələri ilə əməkdaşlığının qurulması 2018-2022 Tədris və tələbə şöbəsi, dekanlıq Direktorluqla birgə
35 Filialın ixtisasların potensialı üzrə informasiya göstəricilərinin hazırlanması və filialın profilinə uyğun yeni ixtisasların açılması barədə konkret təkliflərin təqdim edilməsi 2018-2022 Tədris və tələbə şöbəsi

dekanlıq

Direktorluqla birgə
36 Filialın elmi-metodiki seminarlarının, habelə kafedralararası müşavirələrin və elmi-metodiki müzakirələrin keçirilməsinin təmin edilməsi və bu sahədə konkret iş planının hazırlanması 2018-2022 Kafedralar
37 Filialda tələbə təşkilatlarının (TEC, TGT və THK) işinin təşkili və

gücləndirilməsi

2018-2022 Direktorluq Filialın müvafiq tələbə

təşkilatları ilə birlikdə

38 Fakültənin strateji inkişaf istiqamətlərinin müəyyən edilməsi 2018-2022 Dekanlıq Tədris və tələbə şöbəsi ilə birlikdə
39 Filialın kataloqu, dekanlıq və kafedraların bukletləri və müxtəlif reklam xarakterli çap materiallarının hazırlanması 2018-2022 Dekanlıq kafedralar Tədris və tələbə şöbəsi və kompüter mərkəzinilə birlikdə
40 Filialın idarə olunmasında informasiya və kommunikasiya texnologiyalarından istifadə edilməsi və ADPU-nun internet səhifəsində filiala aid məlumatların yenilənməsi 2018-2022 Direktorluq Kompüter mərkəzi ilə birlikdə
41 Tanınmış şəxslərin, alim və mütəxəssislərin iştirakı ilə elmi seminarların keçirilməsi və bu seminarlara tələbələrin daha da geniş cəlb edilməsi tədbirləri. Bu tədbirlərin qrafikinin hazırlanıb təqdim edilməsi. 2018-2022 Direktorluq Kafedralarla
42 Kafedraların müvafiq maddi-texniki, tədris-metodiki və elmi-texnoloji avadanlıqlarla təchizatı barədə təkliflərin hazırlanıb təqdim edilməsi 2018-2022 Kafedralar Təsərrüfat şöbəsi ilə

birlikdə

43 Fakültədə tələbələrin tərbiyə işinin və müxtəlif sosial tədbirlərin (müxtəlif müsabiqələrin, sərgilərin və intellektual oyunların) təşkili Müntəzəm Tərbiyə işləri üzrə direktor müavini İctimai təşkilatlarla

birlikdə

44 Tələbələrin fərdi planlarının  (xüsusilə akademik borcların və kəsirlərin ilk növbədə nəzərə alınması) tərtib  olunmasına nəzarət Müntəzəm Dekanlıq Tədris və tələbə şöbəsi ilə birlikdə
45 Filial haqqında məlumatların ADPU-nun internet səhifəsində  və KİV-də yerləşdirilməsini təmin edən məsul şəxsin fəaliyyətinin gücləndirilməsi. Müntəzəm Məsul şəxs Struktur bölmələri
46 Hər il növbəti tədris ili üçün proqnoz dərs yükünün təsdiq olunması və kafedralar üzrə müəllimlərin fərdi dərs yükünün təsdiq olunması, tədris ilinin sonunda dərs yüklərinin yoxlanılıb, dəqiqləşdirilmiş (icra edilmiş) dərs yükünün təsdiq edilməsi Hər il Tədris və tələbə şöbəsi

Dekanlıq

Kafedralarla birlikdə
47 Təhsil haqlarının qeydiyyatı və onun xüsusi kitab üzrə Mühasibatlıqla əlaqələndirilməsi Müntəzəm Dekanlıq Mühasibatlıqla birlikdə
48 Semestr imtahanlarına və Yekun dövlət attestasiyasına hazırlıq, akademik borcu olan tələbələrlə işin qurulması Müntəzəm Dekanlıq Tədris və tələbə şöbəsi ilə birlikdə
49 Dərs cədvəllərinin icrasına nəzarətin təşkili, müəllimlərin dərs davamiyyəti ilə bağlı həftəlik nəzarət məlumatlarının təqdim olunması Müntəzəm Tədris və tələbə şöbəsi Dekanlıqla birlikdə
50 Buraxılış  mövzularının kafedra iclaslarında müzakirəsi və təsdiqi Müntəzəm Kafedralar Tədris və tələbə şöbəsi ilə birlikdə
51 Dərs jurnallarının semestr başlayandan 2 həftə keçən kimi bağlanması və möhürlənməsi. Semestrin sonunda jurnalların yoxlanması və arayışın tərtib olunması İllər ərzində Tədris və tələbə şöbəsi Dekanlıqla  birlikdə
52 Tələbələrin pedaqoji təcrübəsinin müasir dövrün tələblərinə uyğunlaşdırılması Müntəzəm Pedaqoji təcrübə  rəhbəri Dekanlıqla birlikdə
53 Fakültə və kafedraların pasportunun hazırlanması Hər tədris ili başlayanda Dekanlıq, kafedralar
54 Tədris ilinin sonunda strukturların illik hesabatının hazırlanması Hər tədris ilinin sonunda Struktur bölmə rəhbərləri Tədris və elmi işlər üzrə direktor müavini ilə birgə
55 Respublikada keçirilən müxtəlif tədbirlərdə filial tələbələrinin könüllü olaraq iştirakını  gücləndirmək 2018-2022 Dekanlıq İctimai təşklilatlarla birlikdə
56 Filialda çap işləri (fənn proqramı, metodik vəsait, dərs vəsaiti və dərsliklərin) ilə bağlı planın hazırlanıb qəbul olunması. 2018-2022 Tədris və elmi işlər üzrə direktor müavini Dekanlıq Kafedralarla

birlikdə

57 Tələbələrə verilmiş sərbəst işlərin qiymətləndirilməsi işinə ciddi nəzarətin təşkili 2018-2022 Tədris və tələbə şöbəsi Dekanlıqla birlikdə
58 ATİS vasitəsi ilə filiafın elektron universitet sisteminə qoşulması Sentaybr 2018 Dekanlıq, Tədris və tələbə şöbəsi Kompüter mərkəzi
59 Keyfiyyət Komissiyasının (treninq, nəzarət, açıq dərslərdə iştirak və imtahanlara nəzarət) yaradılması 2018-2022

tədris ilində

Direktorluq Müvafiq strukturlarla birlikdə
60 Professor- müəllim heyətinin peşə-ixtisas hazırlığını yüksəltmək Mütəmadi Direktorluq Müvafiq strukturlar
61 Regionda yerləşən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərilə görüşlərin təşkili, şagirdlərin filialla tanışlığı məqsədilə “Açıq qapı” günlərinin keçirilməsi. Hər ilin mart-

May aylarında

Direktorluq Təhsil şöbəsi ilə birgə
62 Filialın I kurs tələbələri və onların valideynləri ilə görüşlərin təşkili. Hər ilin sentyabr

ayında

Direktorluq Tədris və tələbə şöbəsi

dekanlıq

63 Tələbə nailiyyətlərinin nəticələrinə görə onlarla fərdi qaydada işlərin təşkilinin gücləndirilməsi. Mütəmadi Dekanlıq Tədris və tələbə şöbəsi və kafedralarla  birgə
64 Mərtəbələrə görə növbətçilik sistemi və onun əmrləşdirilməsi Hər semestr

başlamadan

öncə

Tədris və tələbə şöbəsi Dekanlıqla birgə

 

 

Elm və innovasiyalar sahəsi üzrə

Görülən işin məzmunu İcra müddəti Məsul struktur bölməsi Qeyd
1 Filialın beş illik  elmi-tədqiqat işlərinin planının hazırlanıb, təsdiq üçün təqdim edilməsi 2018-2022 Kafedralar Tədris və elmi işlər üzrə direktor müavini ilə birgə
2 Kafedralarda illik elmi tədqiqat hesabatlarının toplanılması və elmi-tədqiqat işlərinin nəticələrinə həsr edilmiş yekun konfransın keçirilməsi və materialların çap olunması Hər təqvim ilinin noyabr-dekabr aylarında Kafedralar Tədris və elmi işlər üzrə direktor müavini ilə birgə
3 ADPU-nun müvafiq struktur bölmələri ilə Elm və innovasiyalar sahəsi üzrə qarşılıqlı fəaliyyətin gücləndirilməsi Müntəzəm Kafedralar Tədris və elmi işlər üzrə direktor müavini ilə birgə
4 Filialdaxili elmi müsabiqələrin təşkilinin təkmilləşdirilməsi Müntəzəm  Kafedralar Tədris və elmi işlər üzrə direktor müavini ilə birgə
5 Filialın müvafiq struktur bölmələrinin respublika, regional səviyyəli elmi layihələr və elmi qrantlar müsabiqəsində iştirakının təmin edilməsi Müntəzəm  Kafedralar

TEC

Tədris və elmi işlər üzrə direktor müavini ilə birgə
6 Filialın kitabxana fəaliyyətinin modernləşdirilməsi, electron kitabxana şəbəkəsinin beynəlxalq informasiya resurslarına çıxış imkanlarının təmin edilməsi 2018-2022 Direktorluq Kitabxana
7 Kafedranın əməkdaşlarının elmi-tədqiqat işlərinin nüfuzlu beynəlxalq   jurnallarda dərc olunması işinin təşkili Müntəzəm Kafedralar Tədris və elmi işlər üzrə direktor müavini ilə birgə
8 Kafedra əməkdaşları tərəfindən hazırlanmış elmi-tədqiqat işlərinin, o cümlədən dərslik, metodiki vəsaitlər və s., həmçinin bakalavr buraxılış işlərinin müəllif hüquqlarına qoyulan tələblərə uyğun hazırlanması və plagiatın (mətnlərdə oxşarlığın) yoxlanması işinin təşkili Müntəzəm Kafedralar Tədris və elmi işlər üzrə direktor müavini və Kompüter mərkəzi ilə birgə
9 Elmi Şuranın iclaslarında kafedra və şöbələrin elmi və elmi-təşkilati fəaliyyəti barədə hesabatının dinlənilməsi Müntəzəm Kafedralar Tədris və elmi işlər üzrə direktor müavini ilə birgə
10 Filialın Gənc Alimlər və Tədqiqatçılar Şurasının tərkibinin müəyyən olunması və iş planının hazırlanması  2018 GATŞ Tədris və elmi işlər üzrə direktor müavini ilə birgə
11 ADPU-nun dövri elmi jurnallarında (Pedaqoji Universitet Xəbərləri (Riyaziyyat və təbiət elmləri seriyası, Pedaqoji Universitet Xəbərləri (Humanitar, ictimai və pedaqoji-psixoloji elmlər seriyası), Təhsildə

İKT, Tarix, insan və cəmiyyət, “Musiqi elmi, mədəniyyəti və təhsilinin aktual problemləri”) filial əməkdaşlarının  vaxtaşırı məqalələrlə çıxış etməsinə dəstək

Vaxtaşırı Kafedralar

TEC

Tədris və elmi işlər üzrə direktor müavini ilə birgə
12 Filialda beynəlxalq, respublika səviyyəli elmi konfrans, simpozium, konqres və seminarların  təşkilinin gücləndirilməsi Müntəzəm Rəhbərlik
13 TEC-nin fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulması Müntəzəm Kafedralar, TEC Dekanlıqla birgə
14 Tələbələrin elmi konfranslarda fəal iştirakının təmin edilməsi Müntəzəm Dekanlıq, Kafedralar, TEC Tədris və elmi işlər üzrə direktor müavini ilə birgə
15 Filialda aparılan elmi tədqiqat işlərinin hər il üçün mühüm nəticələrinin ADPU-ya təqdim edilməsi Hər il Kafedralar Tədris və elmi işlər üzrə direktor müavini ilə birgə
16 Elmi-tədqiqat və innovasiya işlərinin mühüm nəticələrindən tədris prosesində istifadə edilməsi. 2018-2020 Kafedralar Tədris və elmi işlər üzrə direktor müavini ilə birgə
17 Tələbə Elmi Cəmiyyəti ilə birlikdə tələbələrin olimpiadalara və digər yarışlara hazırlanması Müntəzəm Tədris və tələbə şöbəsi

TEC

Dekanlıqla birgə
18 Qrantlar, layihələr, proqramlar, dövlət vəsaitləri, təsərrüfat hesablı  müqavilələr əsasında maliyyə vəsaiti cəlb edərək filialda elmin maddi-texniki bazasının formalaşdırılması və inkişaf etdirilməsi 2018-2022 Direktorluq Mühasibatlıqla
19 Respublikanın və xarici ölkələrin təhsil, elm və innovasiya mərkəzləri ilə birgə elmi-tədqiqat və innovasiya işlərinin aparılması proqramlarında, qrant və layihələrində iştirak Müntəzəm Kafedralar Tədris və elmi işlər üzrə direktor müavini ilə birgə
20  ADPU ilə ilə fasiləsiz əlaqələr saxlamaq üçün filialda “webinar” otağın qurulması 2018-2022  

Kompüter mərkəzi

Tədris və elmi işlər üzrə direktor müavini ilə birgə
21 Müəllimlərin İKT biliklərinin təkmilləşdirilməsi və formalaşdırılması istiqamətində işlərin aparılması  Müntəzəm Kafedralar  Kompüter mərkəzi Tədris və elmi işlər üzrə direktor müavini ilə birgə

 

 

 

Beynəlxalq əlaqələr və inkişaf sahəsində

 

Görülən işin məzmunu İcra müddəti Məsul struktur bölməsi Qeyd
1 Filial əməkdaşlarının ADPU-nun Beynəlxalq Əlaqələr şöbəsinin xətti ilə keçirilən beynəlxalq layihələrdə iştirak etməni təmin etmək. Layihələrin icra

müddətinə uyğun olaraq

Tədris işləri üzrə direktor müavini
2 Filialda keçiriləcək beynəlxalq konfranslarda, elmi-praktik konfranslarda  xarici ölkələrin nifuzlu elm adamlarının iştirakını genişləndirmək. 2018-2022 Direktorluq, kafedralar
3 Filial əməkdaşlarının xarici ölkələrdə keçirilən elmi konfranslarda iştirakını təmin etmək. 2018-2022 Direktorluq
4 “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsinin icrasında iştirak 2018-2022 İnklüziv təhsil üzrə regional koordinator.

 

5 Filial əməkdaşlarının xarici ölkələrin nifuzlu  jurnallarında elmi məqalələrlə çıxış etməsini təşkil etmək 2018-2022 Direktorluq, kafedralar
6 “Azərbaycanda əlilliyi olan uşaqlar üçün inklüziv keyfiyyətli təhsilin genişləndirilməsi” layihəsinin icrasında iştirak 2018-2022 İnklüziv təhsil üzrə regional koordinator, kafedralar

 

7 ADPU-nun  Elmi  Şurasının  14.07.2017-ci  il  tarixli  qərarı  ilə yaradılmış “Sağlam təhsil pedaqogikası” Mərkəzinin  təşkilatçılığı ilə keçirilən tədbirlərdə iştirak etmək. 2018-2022 Tədris işləri üzrə direktor müavini

 

 

Sosial və humanitar məsələlər üzrə

Görülən işin məzmunu İcra müddəti Məsul struktur bölməsi Qeyd
1 TGT-nin ixtisaslar və maraq qrupları üzrə klublarınının fəaliyyətini gücləndirmək Tədris ili ərzində Dekanlıq, İctimai təşkilatlar  
2 Tələbələr arasında ideya-siyasi hazırlıq səviyyəsinin gücləndirilməsi Tədris ili ərzində Dekanlıq İctimai təşkilatlar  
3 Tələbələr arasında dini və digər ayrı-seçkilik mövzularında  işin aparılması, sağlam həyat  tərzinin təbliğ edilməsi Tədris ili ərzində Dekanlıq İctimai təşkilatlar  
4 Filialın fəaliyyəti ilə bağlı ictimaiyyətlə əlaqələr işinin təşkili, təbliğat və təşviqat fəaliyyətinin təmin edilməsi İl ərzində Dekanlıq, İctimai əlaqələr üzrə məsul şəxs  
5 Görkəmli şəxslərlə  tələbələrin gorüşlərini təşkil etmək Tədris ili ərzində Dekanlıq, kafedralar  
6 Tələbələrin qruplar halında taxixi abidələrə, sərgilərə və müzeylərə ekskursiyaların təşkil olunması Tədris ili  ərzində Dekanlıq, İctimai təşkilatlar.  
7 Ulu öndər Heydər Əliyevin anım günləri, anadan olmasının il dönümləri və siyasi hakimiyyətə gəlməsinin 50 illiyinin qeyd edilməsi

 

Təqvim günlərində Direktorluq, kafedralar, dekanlıq  
8 Təqvim üzrə tarixi günlərin, milli bayramların, yubiley günlərinin qeyd edilməsi

 

Təqvim günlərində Direktorluq, kafedralar, dekanlıq  
9 Şəhid olmuş Milli Qəhrəmanların, Qarabağ qazilərinin anım günlərinin keçirilməsi. Hər il Dekanlıq, İctimai təşkilatlar.  
10 Filialın Fəxri Kitabında qeydlərin aparılmasına nəzarətin gucləndirilməsi. İl boyu Direktorluq  
11 Filial tələbələri arasında idman, intellektual və yaradıcı yarışların keçirilməsi. Qaliblərin universitetlərarası anoloji yarışlara çıxarılması İl boyu Dekanlıq, TGT, TEC  
12 I kursa qəbul olan tələbələrin orientasiya və adaptasiya işinə xüsusi diqqət yetirilməsi və orientasiya tədbirlərinin təşkili. Onlarla mütəmadi görüşlərin keçirilməsi. Onların digər kənar şəxslərin arzuolunmaz təsirinə məruz qalmamaları üçün müvafiq işin gücləndirilməsi İl boyu Dekanlıq, İctimai təşkilatlar.  
13 Tələbələrin rəy sorğularının təşkili. Tədris ili ərzində Dekanlıq, İctimai təşkilatlar  
14 Filialın Məzunlar Cəmiyyətinin yaradılması 2018-2022 Dekanlıq, Tədris və tələbə şöbəsi.  
15 Filialın bukletinin capı 2018-2022 Tədris və elmi işlər üzrə direktor müavini, Kompüter mərkəzi  
16 Tələbələrə struktur bölmələri arasında subardinasiyanın gözlənilməsinin izahı. Müntəzəm Dekanlıq  
17 ADPU-100 illik yubleyi ilə bağlı filialda keşiriləcək tədbirlərin yerinə yetirilməsi 2018-2021 Direktorluq  
18 Filialın internet saytının işinin gücləndirilməsi Tədris ili ərzində Kompüter mərkəzi  
19 Filialın foesində “Rəy və təkliflər” qutusuna nəzarətin gücləndirilməsi, tələbələrin problemlərinin, arzu və istəklərinin dinlənilməsi Tədris ili ərzində Dekanlıq, İctimai təşkilatlar  
20 Filialda “Açıq qapı” günlərinin təşkili Tədris ili ərzində Direktorluq

 

 

 

 

İnzibati və iqtisadi işlər üzrə

 

Görülən işin məzmunu İcra müddəti Məsul struktur bölməsi Qeyd
1 Filialın gəlirlərinin artırilması haqqında  strategiya hazırlamaq 2018-2022 Mühasibatlıq, Təsərrüfat şöbəsi  
2 Filialın informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastrukturun yaradılması, bütün strukturlarının kompyuter avadanlıqları ilə təchiz  olunması, professor-müəllim heyəti və hər bir tələbənin internetə rahat çıxışının təmin olunması 2018-2022 Təsərrüfat müdiri, Mühasibatlıq, Kompüter mərkəzi.  
3 Filialda arxiv  işinin gücləndirilməsi və qaydalara ciddi əməl edilməsi 2018-2022 Kadrlar və ümumi şöbə, Arxiv müdiri  
4 Filialda videomüşahidə sisteminin gücləndirilməsi 2018-2022 Təsərrüfat şöbəsi  
5 İşçilərin iş qrafikinə ciddi nəzarət mexanizminin təkmilləşdirilməsi 2018-2022 Kadrlar və ümumi şöbə  
6 Yeni struktura və ştat cədvəlinə görə vahid otaq nömrələnmə və tanıtım löhvəsinin yenilənməsi. 2018-2022 Təsərrüfat şöbəsi  
7 Bütün müəllimlərin CV-nin kafedralar üzrə  veb səhfədə yerləşdirilməsinə nail olunması 2018-2022 Kafedralar,Kompüter mərkəzi  
8 Hər təqvim ilinin sonunda inzibati və hər tədris ilinin sonunda akademik heyətin ştat cədvəlinin təkmilləşdirilməsi Müntəzəm Kadrlar və ümumi şöbə,Mühasibatlıq  
9 Filialın maliyyə imkanlarını nəzərə alıb, daha münasıb əmək haqqı ödənişi  siyasətini yürütmək Müntəzəm Mühasibatlıq  
10 Filialın ayrı-ayrı struktur vahidlərinin iş planının hazırlanması və təsdiqi 2018-2022 Struktur bölmələri.  
11 Əmək intizamını pozanlara intizam tədbirlərinin artırılması Müntəzəm Kadrlar və ümumi şöbə. İntizam komissiyası  
12 Yeni kampus yaradılması məsələsini  müntəzəm nəzarətdə saxlamaq Müntəzəm Təsərrüfat şöbəsi  
13 Maddi-texniki bazanın gücləndirilməsi 2018-2022 Təsərrüfat şöbəsi, Mühasibatlıq  
14 Köhnə avadanlıqların tədricən ləğvi və vahid dizayn əsasında auditoriyaların təchiz olunması 2018-2019 Təsərrüfat şöbəsi  
15 Yeni kompyuter otaqlarının təşkili 2018-2022 Təsərrüfat şöbəsi  
16 Kitabxananın müasir dövrün tələbələrinə uyğun yenidən dizayn olunması 2018-2022 Kitabxana, Təsərrüfat şöbəsi  
17 Əməkdaşların xidməti fəaliyyətinin qiymətləndirilməsi və əmək intizamına nəzarət xidmətinin gücləndirilməsi Müntəzəm İntizam komisiyası  
18 Filialda təsərrüfat, texniki, iaşə və s. xidmətlərinin müntəzəm təkmilləşdirilməsi Müntəzəm Təsərrüfat şöbəsi  
19 Filialda sənədləşmə işinin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi üçün qovluq sisteminin yaradılması 2018-2022 Kadrlar və ümumi şöbə  
20 Ali təhsilin minimum normlarına görə filialın özünütəhlil yoxlama işinin gücləndirilməsi. 2018-2022 Tədris və elmi işlər üzrə direktor müavini

Kadrlar və ümumi şöbə