Sosial paketin artımı daim dövlətin diqqət mərkəzindədir.

Son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi, tapşırıqları ilə görülən işlər,həyata keçirilən layihələr Azərbaycanın simasını dəyişib, regionun qüdrətli ölkəsinə çevirib.Ümummilli lider Heydər Əliyevun siyasi kursunun davamçısı kimi İlham Əliyevin uzaqgörən siyasəti və güclü iradəsi Azərbaycanı sürətli inkişafa qovuşdurub.Ölkədə, o cümlədən yenicə işğaldan azad ilunan torpaqlarımızda bütün sahələri əhatə edən inkişaf dinamik xarakter alıb.

Hər zaman xalqını düşünən, onun yanında olan Prezident İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması üçün davamlı tədbirlər görür.

Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncam və Fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətindəki islahatların uğurla davam etdirilməsini təmin edir. İmzalanmış yeni Fərman və Sərəncamlar ilə müavinət və təqaüdlərin artırılması 732 min şəxsi əhatə edir. Nəzərdə tutulan artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb.2022-ci ilin sosial islahatları dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır. Yeni ildən tətbiq ediləcək islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək.

Nəzərdə tutulmuş artım növbəti kateqoriyalara aid şəxsləri əhatə edəcəkdir:Əlilliyi olan şəxslər və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər;Sağlamlıq imkanları məhdud uşaqlar və onlara qulluq edənlər;Yaşa görə müavinət alanlar;Ailə başçısını itirməyə görə müavinət alanlar;Müddətli hərbi xidmətdə olanların uşaqları;Uşaqların qəyyumları;Beşdən çox uşağı olan qadınlar;Bir yaşadək uşağı olan (ünvanlı sosial yardım alan) aztəminatlı ailələr;Övladlığa uşaq götürənlər;İşləməyən pensiyaçı elmlər və fəlsəfə doktorları;“Xalq” və “Əməkdar” fəxri adı olanlar;Doktorant və tələbələr. Artım həmçinin birdəfəlik müavinətləri əhatə edəcəkdir: Uşağın doğulmasına görə birdəfəlik müavinət;Dəfn üçün birdəfəlik müavinət.

Dövlət başçısının imzaladığı yeni Fərman 132 min doktorant və tələbəni əhatə edərək müavinət və təqaüd formasında onlara yönələn sosial ödənişlərin gələn ilin əvvəlindən artırılmasını təmin edəcəkdir.Bu, gənclər arasında təhsil almaq prosesinin stimullaşdırılmasına xidmət edən qərardır.

Prezident İlham Əliyevin yeni “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Sərəncamı da 2022-ci ilin yeni sosial paketinin tərkib hissəsidir.Sərəncam dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçiləri əhatə etməklə onların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir.Həmin təşkilatlarda çalışanların maaşları 2022-ci il yanvarın 1-dən orta hesabla 20% artırılacaq. Bu məqsədlə dövlət büdcəsindən 9 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Bu təşkilatlarda ümumilikdə 4 min şəxs çalışır.

Dövlət başçısının imzaladığı yeni Fərmanlar qeyd olunan istiqamətdə növbəti mühüm addım olmaqla, əlilliyi olan şəxslərə verilən müavinətlərin, I dərəcə əlilliyi olanlara və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdünün gələn ilin əvvəlindən artırılmasını nəzərdə tutur.Əlilliyə görə müavinətlər 2022-ci ilin əvvəlindən:I dərəcə üzrə — 150 manatdan 220 manata,II dərəcə üzrə — 130 manatdan 180 manata və III dərəcə üzrə — 110 manatdan 120 manataçatdırılacaqdır.

– Son üç ildə aparılan islahatlar nəticəsində əlilliyə görə müavinətlər I dərəcə üzrə 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə 2,3 dəfə artırılıb. Müavinətlərdən əlavə, ümumi səbəbdən I dərəcə əlilliyi olanlar Prezidentin aylıq təqaüdü olaraq 130 manat ödənişlə də təmin olunur.Müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlara isə Prezidentin aylıq təqaüdü olaraq I dərəcə üçün 400 manat, II dərəcə üçün 350 manat, III dərəcə üçün 300 manat ödənilir. Bu təqaüdlər cari ilin əvvəlində növbəti dəfə olmaqla orta hesabla 50% artırılıb.Birinci dərəcə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü də 60% artırılaraq gələn ilin əvvəlindən 80 manata çatdırılır.

Müharibə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlar pensiya almadıqda müavinət və təqaüd formasında ayda I dərəcə üzrə 700 manat, II dərəcə üzrə 530, III dərəcə üzrə 420 manat alacaqlar. Bu da 2019-cu illə müqayisədə dərəcələr üzrə müvafiq olaraq 2,5 dəfə, 2,2 dəfə və 2,2 dəfə çoxdur. Həmin kateqoriyalara aid əlilliyi olan şəxslər əmək pensiyası aldıqda orta hesabla aylıq I dərəcə üzrə 915 manat, II dərəcə üzrə 845 manat, III dərəcə üzrə 610 manat alacaqlar. Bu məbləğlər isə 2019-cu illə müqayisədə dərəcələr üzrə müvafiq olaraq 72%, 81% və 97% çoxdur.

Ümumi səbəbdən əlilliyi olan şəxslər üzrə sosial ödənişlərdə son 3 ildə artımlar dərəcələr üzrə müvafik olaraq 50%,59% və 112% təşkil edir.Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət də 150 manatdan 200 manata çatdırılıb. Onlara qulluğa görə 2019-cu ildə Prezidentin aylıq təqaüdü də təsis olunub ki, yeni Fərmanla həmin təqaüd də 60% artımla 50 manatdan 80 manata çatdırılıb.Sosial ödənişlərin artımı sağlamlıq imkanları məhdud uşaqları da əhatə edəcəkdir.Belə ki, onlar üçün sosial ödəniş 2019-cu ilin əvvəlində cəmi 82 manat idisə, gələn ilin əvvəlindən həmin məbləğdən 3,4 dəfə çox olmaqla onlar üçün müavinət (200 manat) və təqaüd (80 manat) formasında aylıq 280 manat sosial ödəniş ediləcəkdir.

Cənab Prezidend hər zaman olduğu kimi təhsil işçilərinin də sosial müdafiəsini diqqətdən kənarda qoymamışdır.Yeni əməkhaqqı artımı 165 min təhsil işçisini əhatə edir. Artımların edilməsi məqsədlə 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Sərəncamlarla 2022-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları orta hesabla 20%, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40%, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları orta hesabla 20%, fiziki tərbiyə rəhbərlərinin maaşları orta hesabla 30% artırılır.

Müavinətlərin məqsədli artımı bir çox ailələrin sevincinə səbəb olmuşdur. Belə ki,ailə başçısını itirməyə görə müavinət (hər ailə üzvü üçün) 80 manatdan 100 manata çatdırılır. Bununla da üç il əvvələ (68 manat) nisbətən həmin müavinət 47% artırılıb.

Müddətli hərbi xidmətdə olan hərbçilərin uşaqlarına müavinət üç il əvvəl 68 manat, 2019-cu ilin aprelindən 100 manata çatdırılıb. Yeni Fərmanla isə 2022-ci ilin əvvəlindən 120 manat təşkil edəcək. Son üç ildə bu müavinət 76,5% artırılıb.Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət 100 manatdan 120 manata çatdırılır. Bununla da həmin şəxslər üçün müavinətdə üç il əvvələ (61 manat) nisbətən təqribən 2 dəfə artım baş verir.

Beşdən çox uşağı olan qadınlara (hər uşağa görə) aylıq müavinət isə 55 manatdan 70 manata çatdırılır. Ümumilikdə son üç ildə bu müavinət 2,1 dəfə artırılaraq 33 manatdan 70 manata çatdırılıb.

Bir yaşınadək uşağı olan aztəminatlı (ünvanlı dövlət sosial yardımı təyin edilmiş) ailələrə hər uşağa görə müavinət isə yeni Fərmanla 55 manatdan 70 manata çatdırılıb. Bununla da həmin uşaqlar üçün müavinətdə üç il əvvələ (45 manat) nisbətən 55,6% artım baş verir.

Övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud uşağa görə müavinət 2021-ci ilin əvvəlindən təsis olunub və yeni Fərmanla bu müavinət də 25% artırılaraq hər uşağa görə 160 manatdan 200 manata, sağlamlıq imkanları məhdud hər uşağa görə isə 480 manatdan 600 manata çatdırılıb.

Uşağın anadan olmasına görə birdəfəlik müavinət 200 manatdan 300 manata çatdırılıb. Bu müavinət üç il əvvəlki məbləğlə (109 manat) müqayisədə 2,8 dəfə artırılıb.Dəfn üçün müavinətin məbləği isə 300 manatdan 350 manata çatdırılıb. Üç il əvvələ (146 manat) nisbətən bu müavinətdə 2,4 dəfə artım baş verib.

Elmi və pedaqoji fəaliyyətin dəyərləndirilməsi istiqamətində də xeyli işlər görülmüşdür. Azı 25 il pedaqoji staja malik, işləməyən pensiyaçı olan elmlər doktorları və fəlsəfə doktorlarına 2021-ci il yanvarın 1-dən Prezidentin aylıq təqaüdü təsis olunub. Yeni Fərmanla bu təqaüd elmlər doktorları üçün 50% artırılaraq 200 manatdan 300 manata, fəlsəfə doktorları üçün 67% artırılaraq 120 manatdan 200 manata çatdırılır.Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdlərinin 20% artırılır. Sərəncamla gələn ilin əvvəlindən həmin təqaüdlərin məbləği elmlər doktoru hazırlığı üzrə doktorantlar üçün 360 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar üçün 216 manat təşkil edəcək. Həmçinin cədvəldə büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri də artırılacaq.

Ölkənin gələcəyi olan gənclər arasında təhsilə marağın stimullaşdırılmasına xidmət edən artım diqqəti cəlb edir. Ali təhsil müəssisələrində və AMEA-da adlı təqaüd alan tələbələr üçün 204 manat, magistr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 174 manat, 71-100 bal olan tələbələr üçün 144 manat, 51-100 bal olan tələbələr üçün 96 manat, bakalavr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 156 manat, 71-100 bal olan tələbələr üçün 132 manat, 51-100 bal olan tələbələr üçün 90 manat təşkil edəcək. Orta ixtisas təhsili müəssisələrində təqaüdün məbləği akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 90 manata, 71-100 bal olan tələbələr üçün 72 manata, 51-100 bal olan tələbələr üçün 60 manata, peşə təhsili müəssisələrində akademik göstəriciləri “5” olan tələbələr üçün 90 manata, “4” və “5” olan tələbələr üçün 72 manata, “3”-“5” olan tələbələr üçün 60 manata çatdırılacaq.

Yeni Sərəncamla fəxri adlara görə aylıq təqaüdlər də “Xalq” fəxri adına görə 33,3% artımla 150 manatdan 180 manata, “Əməkdar” fəxri adına görə isə 20% artımla 100 manatdan 120 manata çatdırılıb.

Minimum əməkhaqqının artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir.Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləğləri yeni Sərəncama uyğunlaşdırılacaq.Minimum əməkhaqqının artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə artımlara imkan verəcək.Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqının artımı 800 min nəfərə şamil olunacaq. Dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min işçinin mövcud əməkhaqları yanvar ayından artacaq.

Dövlət başçısının Sərəncamları ilə minimum əməkhaqqında mütəmadi artımlar davamlı xarakter alıb. Son üç ildə mühüm irəliləyiş olaraq ölkəmizdə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Minimum əməkhaqqı artımı əhalinin gəlirlərində artımı təmin etməklə, əmək bazarındakı proseslərə müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını, eyni zamanda əməyin leqallaşdırılmasını stimullaşdırır.

Gələn il minimum əmək haqqı 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu (210 manat) da 43% üstələyəcək. Digər tərəfdən, bu artım ölkəmizdə xalis minimum əmək haqqının xalis orta aylıq əmək haqqına olan nisbəti göstəricisinin də növbəti dəfə yüksəlməsinə imkan verəcək. Son üç ildə həmin nisbət 2018-ci ildəki 26,5%-dən 2019-cu ildə 33,3%-ə, 2020-ci ildə 38%-ə yüksəlib, 2022-ci ildə isə təqribən 40-41% səviyyəsinə yüksələcək.Bununla da həmin nisbətin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində daha bir irəliləyişə nail olunur.

Sosial paketin artımı daim dövlətin diqqət mərkəzindədir.2019-2020-ci illərdə də böyük sosial islahatlar həyata keçirildi, əməkhaqları və sosial ödənişləri ciddi şəkildə artırılmışdır. dıq. Son illərdə minimum əmək haqqı və minimum pensiyalar təqribən 2 dəfə artmışdır. Orta pensiya 60%, orta əmək haqqı təqribən 40%, sosial ödənişlərin orta məbləği 2 dəfədən çox artıb.

Minimum əməkhaqqı 300 manata çatdırıldı, vahid tarif cədvəli üzrə işləyənlərin də əməkhaqqı artırıldı. Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncamla minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırılır. Prezident İlham Əliyevin yeni Sərəncamı ilə 2022-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqının 300 manata çatdırılması ilə əlaqədar əməkhaqları Vahid Tarif Cədvəli (VTC) əsasında tənzimlənən işçilərin maaşları da bu artıma uyğun olaraq orta hesabla 20% artırılacaq.Əməkhaqları VTC əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlar daxildir.Dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilərin maaşları da aidiyyəti dövlət orqanlarının kateqoriyaları üzrə müvafiq intervalda artacaq.Yeni ilin 1 yanvarınadək qüvvədə olan mövcud 19 pilləli VTC üzrə əməkhaqlarının minimal həddi 250, maksimal həddi 906 manatdır.

Prezident İlham Əliyevin güclü sosial siyasəti əhalinin sosial müdafiəsinin gücləndirilməsi və sosial proqramların genişləndirilməsi istiqamətində mühüm addaımların atılmasını və ciddi irəliləyişləri təmin edir. Azərbaycan xalqı öz Prezidentinə inanır və onu dəstəkləyir.

Dil-ədəbiyyat və onların tədrisi texnologiyaları kafedrasının müəllimi Sevinc Baxşıyeva

Paylaşın: