Seyid Əzim Şirvaninin 190 illiyinə həsr olunmuş “Aləmdə səsim var mənim…” Respublika elmi praktik konfransının keçirilməsi ərəfəsində ADPU-nun Şamaxı filialında “Mövti-cismani ilə sanma mənim ölməyimi…” adlı tədbir keçirildi Tədbirdən öncə Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının və Kitabxana və elektron resurslar şöbəsinin əməkdaşları tələbələrlə birlikdə şairin “Sahi-Xəndan” qəbirstanlığındakı məzarını, Seyid Əzim Şirvani adına parkdakı büstünü ziyarət etdi.
Tədbiri giriş sözü ilə filialın direktoru, dos. Tünzalə Yusifova çıxış edərək S.Ə.Şirvaninin Azərbaycan ictimai və ədəbi fikir tarixindəki mövqeyindən, dövlətin klassik sənətkarlara verdiyi dəyərlərdən bəhs etdi.
Filol.ü.f.d. Eyvaz Eminalıyev “Elmdə, ürfanda ümman olan şair” adlı məruzəsində S.Ə.Şirvaninin ədəbi şəxsiyyəti, yaradıcılığının sənətkarlıq xüsusiyyətləri haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.
Kitabxana və elektron resurslar şöbəsinin müdiri Razimi Vəsilə çıxış edərək ədibin əxlaqi-didaktik fikirlərin təbliğindəki rolundan bəhs etdi.
Tədbir boyunca Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası tələbələrindən Ramilə Səfərova, Səbinə Həmidova, Səbinə Qurbanlı, Sadıqov Qəfər, Hümbətov Əlihüseyn, Məmmədli Lamiyə, Həsənov Asif şairin həyatı, yaradıcılığından bəhs etdi, poeziyasından ədəbi nümunələr təqdim etdilər.
Sonda tədbirdə fəal iştirak edənlər sertifkatla təltif olundular.