SARSILMAZ VƏ ƏBƏDİ DOSTLUQ VƏ QARDAŞLIQ NÜMUNƏSİ
XX əsr bütünlüklə türk dünyası üçün ciddi sınaqlar dövrü olmuşdur. Belə ki, əsrin əvvələrində, daha dəqiq desək, 1918-ci ildə Şərqdə ilk respublika – Azərbaycan Xalq Cümhuriuyyəti quruldu. Lakin o çox yaşaya bilmədi. Bir müddət sonra 1923-cü ildə Türkiyə Cümhuriyyəti yarandı. SSRİ dağılana qədər Türkiyə Cümhuriyyəti beynəlxalq aləmdə türk dünyasını təmsil edən yeganə müstəqil dövlət oldu. 1991-ci ildə SSRİ-nin dağılması nəticəsində daha beş türk dövləti müstəqil inkişaf yoluna qədəm qoydu. O cümlədən Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdi. Azərbaycan müstəqilliyini qeyd etdikdən dərhal sonra birinci olarq onun müstəqilliyini tanıyan ölkə Türkiyə oldu. (9 noyabr 1991-ci il). Bunun ardınca müstəqilliyini qazanmış digər dövlətlər kimi, Azərbaycan Respublikası da beynəlxalq və lokal təşkilatlara üzv olmaq vəzifəsi ilə qarşılaşdı. Ən nüfuzlu beynəlxalq təşkilat olan Birləşmiş Millətlər təşkilatına üzv olmaqda kömək üçün Azərbaycan Türkiyənin vasitəçiliyindən istifadə etdi. Ümumiyyətlə, Azərəbaycanın dost və qardaş ölkə olan Türkiyə ilə bütün sahələrdə əlaqələri davamlı yüksələn xətt üzrə inkişaf etməyə başladı və bu münasibətlər bu gün də davam edir.
Bidiyimiz kimi, Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir. Ulu Öndərimiz, bütün Türk dünyasının lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyəti ilə ötən dövr ərzində öz təsdiqini tapmışdır. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri bu gün də ölkə Prezidentimiz cənab İlham Əliyevin düzgün həyata keçirdiyi siyasətin nəticəsi olaraq daim möhkəmlənməkdədir. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Azərbaycan –Türkiyə əməkdaşlıgı bu gün də yüksələn xətt üzrə inklişaf etməkdədir.
Azərbaycan Respublikası və Türkiyə dövlətinin liderlərinin bir-birilərinə olan münasibətləri də nümunə sayılmaqdadır. Hər iki ölkənin liderlərinin yüksək şəxsi münasibətlər nümayiş etdirməsi hər birimizdə böyük qürür hissi yaradır. Atılan qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Resublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca mühüm önəmə malikdir. Cənab Prezident müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirmiş və bu iş yenə də davam etməkdədir. Bu belə də olmalıdır. Çünki, Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə “qardaşım” deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir.
Azərbaycan və Türkiyənin mövcud iqtisadi potensialı hər iki ölkə arasındakı qardaşlığımızın qüdrətini artırır, əlaqələrin iqtisadi sferada, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin indiki ilə müqayisədə xeyli dərəcədə artırılmasına imkan verir. Bu istiqamətdə bir sıra mühüm addımlar atılmış və bu gün də davamlı surətdə yüksək səviyyədə birgə işlər görülməkdədir.
Bidiyimiz kimi, Türkiyə ilə Azərbaycan arasında brgə iqtisadi layihələrə də imza atılmış, mühüm sənədlər imzalanmışdır. Böyük perspektivləri olan bu birgə layihələrin isə təbii ki, böyük geosiyasi əhəmiyyəti vardır. Hər iki ölkənin bir neçə sahələri əhatə edən razılaşmaları buna misal ola bilər ki, bunlar içərisində məsələn qeyd etmək olar ki, Türkiyə ilə Azərbaycan arasında qaz satışı və nəqli ilə bağlı bütün məsələlər razılaşdırılmışdır. Ölkələrimiz arasında yeni sazişin imzalanması isə böyük bir coğrafi məkanda reallaşdırılan enerji siyasətinin əsas konturlarını müəyyən edən mühüm faktorlardan biridir və böyük əhəmiyyətə malikdir. Bildiyimiz kimi, Avropa İttifaqının, digər Qərb ölkələrinin böyük ümidlərlə baxdığı “Nabukko” kəmərinin inşa edilməsi xeyli dərəcədə məhz Azərbaycanla Türkiyə arasında razılaşdırılan yeni qaz sazişi ilə əlaqəlidir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır.
Azərbaycan –Türkiyə qardaşlıgının öz tarixi kökləri vardır. Azərbaycan-Türkiyə dostlugu artıq əsrlər boyu sınaqlardan keçmiş, həmişə də özünü doğrultmuşdur. Bu dostluq tarixə düşmüş bir dostluq nümunəsidir. Bunun bir bariz nümunəsinə də xalqımız 44 günlük müharibə dövründə şahid oldu. Belə ki, işğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi, dostluqda sədaqətin nümunəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi, həmişə Azərbaycanın yanında oldugunu, xalqımıza dəstək verdiklərini nümayiş etdirdilər. Türkiyə bir daha Mustafa Kamal Atatürkün” Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimizdir” kəlamlarının həqiqətən də işdə, əməldə mövcudlugunu bir daha sübut etdilər.
Azərbaycan –Türkiyə əməkdaşlıgı bu gün də təkcə Iqtisadi deyil, həm də siyasi sahədə də davam etməkdədir. Bu məqsədlə siyasi müstəvidə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən səfərləri buna aid etmək olar. Belə ki, 2021-ci il 1-3 iyun tarixlərində Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) dəvəti ilə Ankara şəhərində səfərdə olmuşdur. Nümayəndə heyətini qəbul edən Türkiyə Prezidenti Türkiyə-Azərbaycan əlaqələrinin hazırkı mərhələyə çatmasında Azərbaycan Prezidentinin rolunu yüksək qiymətləndirdiyini vurğulamış, bundan sonra da bölgədə sülhün bərqərar olması və iki qardaş ölkənin münasibətlərinin daha da inkişaf etdirilməsi işinə Prezident İlham Əliyevin mühüm töhfələr verəcəyinə əmin olduğunu ifadə etmiş, hər iki tərəfdən hakim partiyaların roluna toxunaraq partiya funksionerlərinin fəaliyyətlərini yeni çağırışlara uyğunlaşdıra bilmələrinin vacibliyini qeyd etmişdir;
Azərbaycan-Türkiyə siyasi münasibətləri hazırda daha yüksək və yeni səviyyəyə çatmışdır. Hər iki ölkənin hakim partiyaları – YAP və AKP arasında uzun illərdir davam edən əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. İyun ayının 2-də əməkdaşlığa dair imzalanmış niyyət protokolu partiya təcrübəsinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Partiya liderləri arasında olan dostluq münasibətləri YAP və AKP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır. Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi hakim siyasi partiyaların münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf etmiş və bundan sonra da bu inkişaf oz yüksək səviyyəsində tərəqqi edəcəkdir.
Hazırda gündən-günə Azərbaycan-Türkiyə əməkdaşlıgı, qardaşlıgı daha da möhkəmlənir. Bunu 44 günlük Vətən müharibəsindəki tarixi qələbədən sonra qardaş ölkənin aparıcı şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərində yaxından iştirakında da görmək olar. İstər Azərbaycan, istərsə də Türkiyə öz inkişafında elə bir mərhələdədir ki. dünya dövlətləri də bu inkişafı görür və onlarla hesablaşmalı olur. Çünki, ğlkələrimiz dünyanın inkişaf etmiş, nüfuzlu dövlətləri sırasındadır. Prezident Rəcəb Tayyib Ərdoğan qeyd etdiyi kimi, dünya dövlətləri bunu görürlər ki, “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır”.
Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında yeni dövrün başlanğıcının əsasını qoyulmuşdursa, YAP və AKP arasında imzalanmış niyyət protokolu da hər iki ölkənin siyasi arenasında müxtəlif istiqamətlərdə yaxınlaşmanın müjdəçi oldugunu demək olar.
Azərbaycan–Türkiyə əməkdaşlıgı xalqlarımızın gələcəyinə xidmət edən əməkdaşlıqdır Burada xalqlarımızın rifahı, xoş gələcəyi nəzərdə tutulur. Ölkələrimiz arasındakı iqtisadi, siyasi sahələrdə olan six əməkdaşlıq isə təkcə qeyd olunan sahələri deyil, həm də ideoloji sahəni də, partiyalar arasında olan əməkdaşlıgı da əhatə edir. Belə bir əməkdaşlıq isə, yəni YAP və AKP sədrlərinin – dövlət başçılarının tapşırıqları əsasında iki qardaş ölkənin hakim partiyaları arasında çoxistiqamətli əlaqələrin daha da inkişaf etdirilməsi milli ideologiyaların inkişafına, birgə sosial layihələrin işlənib hazırlanmasına, qarşılıqlı təcrübə mübadilələrinə, eləcə də millət vəkillərinin beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyəti üzrə koordinasiyanın yaradılmasına təkan verəcəkdir;
Əlbəttə ki, beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstək əhəmiyyətə malikdir. Azərbaycan və Türkiyənin iqtidar partiyaları üzv olduqları müxtəlif beynəlxalq siyasi platformalarda bir-birinin maraqlarının qorunmasında, eləcə də müsbət təcrübənin öyrənilərək tətbiqində, gənclərin beynəlxalq fəaliyyətində və digər istiqamətlər üzrə bundan sonra da davamlı əməkdaşlıq edəcəklər. Çünki bütün beynəlxalq tədbirlərdə də Azərbaycan –Türkiyə daim bir-birlərini müdafiə edir və qarşılıqlı dəstək verirlər. Hər iki ölkə arasında six dostluq, əməkdaşlıq mövcuddur və bu münasibətlər bundan sonra da daha böyük zirvələrə çatacaqdır. Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir!”. Buna görə də hər zaman ürəkdən deyirik ki, Yaşasın Azərbaycan-Türkiyə dostlugu!
ADPU-nun Şamaxı filialının Sosial və pedaqoji elmlər kafedrasının dosenti Zərifə Şamil qızı Cavadova