Riyaziyyat və kompüter elmləri kafedrası əməkdaşlarından 7 müəllim aktual mövzularla 21 (iyirmi bir) tələbə ilə elmi-tədqiqat işi yerinə yetirməyi planlaşdırır. Kafedranın 14 noyabr 2024-cü il tarixli (protokol 3) iclasında elmi tədqiqat işlərinin mövzuları və elmi rəhbərləri təsdiq edilmişdir. Tələbə Elmi Cəmiyyəti tələbələrin fərqli ixtisas sahələrində mövzularını tədqiq etmək, müxtəlif elmi tədbirlərdə iştirak etmək və təhsil prosesində təcrübə toplamaq üçün bir imkan yaradır.
Əsas məqsədimiz ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması və tələbələrin elmi-tədqiqat fəaliyyətlərinin yeni sosial-iqtisadi şəraitə uyğunlaşdırılmasını təmin etməkdir. 22.04.2025-ci il tarixində kafedrada elmi tədqiqat işlərinin ilkin müzakirəsi keçirilmişdir. İlkin müzakirədən sonra 21 tələbədən 17 tələbənin işi növbəti mərhələyə buraxıldı