“Riyazi araşdırmalarda kosmik araşdırmaların tətbiqi” mövzusunda konfrans

ADPU-nun Şamaxı filialı və AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının birgə təşkilatçılığı ilə 12 aprel Beynəlxalq  Aviasiya və Kosmanavtika Gününə həsr edilmiş “Riyazi tədqiqatlarda kosmik araşdırmaların tətbiqi” adlı elmi konfrans keçirildi. Tədbirdə Rəsədxananın əməkdaşları, filialın rəhbərliyi, Riyaziyyat və kompüter elmləri kafedrasının əməkdaşları və Fizika fənninin tədris olduğu qrupların tələbələri iştirak edirdilər. Konfransdan öncə iştirakçılar rəsədxananın muzeyindəki eksponatlarla tanış olub və rəsədxananın yaranma tarixi haqqında məlumatlandırılıb.

Sonra konfrans zalında tədbiri açıq elan edən AMEA-nın N.Tusi adına Şamaxı Astroizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov  gələn qonaqları salamladı və günün tarixi əhəmiyyətindən danışdı.

ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova da tədbir iştirakçılarını salamlayaraq filialın 30 illik yubileyi ərəfəsində Şamaxı Astrofizika Rəsədxanası ilə birgə əməkdaşlıqla keçirilən tədbirin əhəmiyyətindən danışdı.

Daha sonra çıxışlar dinlənildi. İlk olaraq AMEA-nın N.Tusi adına Şamaxı Astroizika Rəsədxanasının elmi işçisi, fizika –riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Nazim Hüseynov “Kosmik uçuşların tarixi” mövzusunda müfəssəl çıxış edib. Ardınca AMEA-nın N.Tusi adına Şamaxı Astroizika Rəsədxanasının elmi işçisi Səbahəddin Alışov “Kosmik teleskoplar” mövzusunda məruzə edərək teleskopların növlərindən, yaranma və istifadə tarixindən söz açıb.

ADPU-nun Şamaxı filialının Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Əlişah Əyyubov “Aya uçuşun tarixi” haqqında dinləyiciləri ətraflı məlumatlandırdı. Son olaraq filialın Riyaziyyat və informatika müəllimliyi ixtisasının III tədris ili tələbəsi Şəlalə İsmayılova “Nəsirəddin Tusi elmi irsinin araşdırılması” mövzusunda məruzə ilə çıxış etdi.

Sonda xatirə şəkilləri çəkildi.

Paylaşın: