Keyfiyyətin təminatı şöbəsinin müdiri Babaşova Ruqiyyə.

Azərbaycanın ən qədim insan məskənlərindən biridir Füzuli. Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, habelə Araz çayı boyunca İranla həmsərhəddir. Füzuli rayonunun ərazisi 1386 km²-dir.Bu bölgənin tarixi çox qədimlərə gedib çıxır. Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə aparılan tədqiqatlar nəticəsində Füzulinin qədim yaşayış məskənlərindən biri olduğu təsdiqlənib. Şəhərdən 15 kilometr aralıda yerləşən Azıx mağarasında Azıxantrop adamının alt çənəsinin sümükləri tapılıb. Bu tapıntı Füzuli rayonu ərazisində qədim paleolit dövründə insan məskənlərinin mövcudluğunu təsdiqləyir. Azıx paleolit düşərgəsində aşkar olunan maddi-mədəniyyət nümunələri Parisin İnsan muzeyində “Avorpanın ilk sakinləri” adlı sərgidə nümayiş etdirilib.  Hər iki abidə  qədim dövrün mədəni abidələri kimi UNESCO-nun siyahısında yer alır.

Bundan başqa, Füzuli ərazisində tunc dövrünə aid Qaraköpəktəpə, Meynətəpə və digər tarixi abidələr də var. Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan Əhmədalılar, Babı və Mirəli türbələri, Karvansaray, Hacı Ələkbər məscidi, “Məşədi Həbib” hamamı və digər tarixi abidələr erməni vandalizminin qurbanı olub. Ermənistanın işğalı nəticəsində dağıdılan abidələrimizin siyahısı bununla bitmir. Horadiz kəndində XIX əsrə aid məscid binası, İmamzadə türbəsi, Saracıq və Gorazıllı kəndlərindəki tarixi körpülər, XII əsr qəbiristanlığı və digər maddi-mədəniyyət nümunələri də ermənilər tərəfindən dağıdılıb. Qarğabazar kəndində, Şah Abbas karvansarasından yuxarı, qayanın üstündə Qiyas əd-Din məscidi yerləşir. Yerli əhali onu Şah Abbas məscidi də adlandırmışdır.

Füzuli rayonu qiymətli ağac növlərindən ibarət meşələri, böyük ehtiyata malik yeraltı sərvətləri, qeyri-adi flora və faunası, füsunkar təbiəti, mineral maddələrlə zəngin bulaqları ilə də məşhur idi. İşıqlı, Böyük Bəhmənli və Seyidəhmədli kəndlərində yaşı 1400 ilə çatan şərq çinarları təbiət abidəsi kimi mühafizə edilirdi.

1827-ci ilə qədər kənd olmuş və Qarabulaq adını daşımış, həmin il rus ordusunun polkovniki Pavel Karyaginin şərəfinə Karyagin adlandırılmış və şəhər statusu verilmişdir. 1959-cu ilin aprelində şair Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Karyagin rayonunun və şəhərin adı dəyişdirilərək Füzuli adlandırılmışdır.[2] Ərazidə axan Quruçay, Köndələnçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.

Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın  silahlı qüvvələri ilə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.  6 nəfərə Azərbaycan Respublikasının Milli qəhrəmanı adı verilmişdir.

5 yanvar 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin əmri ilə baş tutumuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur.

Rayonun işğaldan azad olunması Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir. Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.

Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub.

Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə rayonda yüz mindən çox mina basdırılıb. Rəsmi İrəvan törətdiyi vandalizm aktları və hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür. Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılır. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılan bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir;

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Füzuliyə ilk  səfəri 16 noyabr 2020-ci ildə olmuşdur. Ali Baş Komandan İlham Əliyev Füzuli şəhərində Azərbaycan bayrağının ucaldıması və Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməlqoyma mərasimində iştirak etmişdir.Cənab Prezidentin səfərləri bununla bitmir aşağda göstərilən tarixlərdə Füzulidə regionun simasını dəyişdirəcək irimiqyaslı infrastruktur layihələr icra olunur

Füzuli rayonunun yeni inkişaf dövrü

  14.01.2021:

  • Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyulması.

  14.02.2021:

  • Füzuli şəhərlərinin Baş planın təsdiqlənməsi;
  • Horadiz-Ağbənd, Ağdam-Füzuli yollarının inşası ilə tanışlıq;
  • 180 çarpayılıq xəstəxananın təməlqoyma mərasimi.

  15.03.2021:

  • Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasimi.

14.06.2021:

  • Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarının texniki göstəriciləri ilə tanışlıq
  • Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə tanışlıq
  • “Füzuli” 110/35/10 kilovoltluq yarımstansiyasının açılışı
  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli rayonunda qarşılanması

29.08.2021:

  17.10.2021:

  26.10.2021:

  • Cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi.

10.05.2022:

  • Peşə Liseyinin təməlqoyma mərasimi.

26.05.2022:

  • Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanışlıq

 

 27.09.2022:

  • Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin ziyarəti.

07.11.2022:

  • Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanışlıq.

05.05.2023:

  • Füzuli rayonunun Pirəhmədli kəndinin təməlinin qoyulması;
  • Füzuli-Hadrut avtomobil yolunun açılışı;
  • Füzuli rayonunun Dədəli kəndinin təməlinin qoyulması;
  • Füzuli yaşayış kompleksinin tikintisinin gedişi ilə tanışlıq;
  • Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin təməlinin qoyulması;
  • “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılışı;
  • Füzulidə inşa edilən 960 şagird yerlik məktəb binasında tikinti işlərinin gedişi ilə tanışlıq;
  • Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlini qoyulması.

23.08.2023:

  • Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Füzuli Beynəlxalq Hava Limanında qarşılanması;
  • Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı;
  • Füzuli şəhər yaşayış kompleksində yaradılmış şəraitlə tanışlıq;
  • Füzuli şəhərinin Baş planı ilə tanışlıq.

 

Cəmi səkkiz ay ərzində inşa olunmuş Füzuli Beynəlxalq Hava Limanı Qarabağın logistik əhəmiyyətini əsaslı şəkildə artırdı;

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunub. Qazaxıstan Prezidentinin təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması iki xalq arasında dostluğun rəmzidir.

.

 

 

 

 

 

 

 

Paylaşın: