ADPU-nun Şamaxı filialının tələbələrinin pedaqoji təcrübə müddətində uğurlu nəticələr əldə etməsi və tədris prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə pedaqoji təcrübə keçirilən məktəblərdə və məktəbəqədər müəssisələrdə monitorinq keçirilmişdir. Monitorinq zamanı tələbələrlə yaxından maraqlanılmış, onların sınaq dərsləri izlənilmişdir.

Monitorinqdə filialın Pedaqoji fakültə dekanı Qahirə Şahbazova   Tədris şöbəsinin müdiri Ruqiyyə Babaşova iştirak edərək, pedaqoji təcrübənin effektivliyini qiymətləndirmiş və gələcək tədris prosesinin inkişafı istiqamətində təkliflər irəli sürmüşlər. Qahirə Şahbazova tələbələri gələcək müəllim kimi formalaşmalarında bu təcrübənin əhəmiyyətini vurğulamış, Ruqiyyə Babaşova isə tədris prosesi ilə bağlı praktiki məsələlərə toxunmuşdur. Həmçinin, hər iki rəhbər çıxış edərək, tələbələrin tədris fəaliyyətinə verdikləri dəstəyin önəmini vurğulamış və pedaqoji təcrübənin əhəmiyyətini bir daha qeyd etmişlər.

Bu cür monitorinqlər tələbələrin pedaqoji fəaliyyətini izləyərək onların tədris bacarıqlarının inkişafına dəstək olmaq məqsədini güdür.

Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçmiş, tələbələr öz suallarını ünvanlamış və faydalı məsləhətlər almışlar. Sonda  tələbələrə uğurlar arzulanmış, onların təcrübə dövrünü məsuliyyətlə və fəallıqla keçirmələrinin vacibliyini vurğulanmışdır.

 

 

Paylaşın: