ADPU-nun Şamaxı filialında fakültə rəhbərliyi, akademik məsləhətçilər və qrup nümayəndələrinin iştirakı ilə iclas keçirilmişdir.
Pedaqoji fakültənin dekanı, baş müəllim Qahirə Şahbazova iclasın məqsədinin, tələbələrin dərs davamiyyətinin hansı vəziyyətdə olduğunu qiymətləndirmək, problemləri aşkar etmək və bu sahədə mümkün olan təkmilləşdirmələrə dair tövsiyələr təqdim etmək olduğunu, digər tərəfdən nizam-intizam qaydalarının filialın fəaliyyətində çox mühüm rol oynadığını vurğuladı. Bu qaydaların, tədrisin keyfiyyətini artırmaq, sosial harmoniyanı qorumaq, həmçinin hər bir tələbənin akademik və şəxsi inkişafını təmin etmək üçün vacib olduğunu qeyd etdi. Çıxışda həmçinin iclasın məqsədinin həm də tədris prosesinin düzgün qurulması, tyutorlarla iş birliyinin düzgün qurulması, fərdi tədris planlarının yazılışında olan səhvlərin aradan qaldırılması və alt qrupda oturan tələbələrlə söhbətlərin aparılması, akademik və inzibati məsələlərin müzakirəsi olduğunu vurğuladı.
Bu kimi iclaslar fakültə rəhbərliyi, tyutorlar, operatorlar və tələbələr arasında bir körpü rolunu oynadığını eləcədə tələbələrin fakültə işlərində daha aktiv iştirakında mühüm rol oynayır.