25 apreldə Pedaqogika və psixologiya kafedrasında TEC-in ilkin müzakirəsi keçirilmişdir. Müzakirədə kafedranın müəllimləri iştirak etmişlər. Tədris ili ərzində TEC xətti ilə kafedranın 12 müəllimi 28 tələbə ilə tədqiqat işləri üzərində işləmişlər. Bu tələbələrdən 6 nəfəri yekun konfransda iştirak etməyə haqq qazanmışlar.
