Pandemiyaya qarşı qlobal mübarizədə Azərbaycan dövlətinin aparıcı rolu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkənin bütün imkanlarını səfərbər edərək pandemiya ilə mübarizədə xeyli tədbirlər həyata keçirmişdir. Məlumdur ki, pandemiya qlobal iqtisadiyyata mənfi təsir göstərmişdir. Bu tədbirlərdən biri də qlobal miqyasda COVİD virusunun mənfi təsirlərini aradan qaldırmaq və sahibkarlıq işlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial iqtisadi fəaliyyət üçün təşviq paketi hazırlanılmışdır. Bununla bərabər Azərbaycan dövləti Ümumdünya Səhiyyə Təşkilatının COVİD-19 əleyhinə mübarizə fonduna on milyion ABŞ dolları, həmçinin beş milyon ABŞ dolları isə Qoşulmama Hərəkatının daha çox eytiyacı olan dövlətləri üçün ayırıb. Eyni zamanda 30-dan çox ölkəyə humanitar yardım göstərilib. Pandemiya təhlükəsinin qarşısını alamq məqsədilə vəziyyət vaxtaşırı olaraq nəzarətdə saxlanılmış və praktik şəkildə tədbirlər həyata keçirilmişdir. Bunun nəticəsi olaraq qısa zaman ərzində 13 modul tipli və bir daimi xəstəxana inşa edildi. COVİD xəstələrinin müalicəsi üçün tikilən xəstəxanalar on mindən çox xəstə çarpayıları ilə təmin edildi. Məlumdur ki, cənab Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Assambleyasının 2021-ci il 31 may tarixində keçirilmiş 74 -cü sessiyasında pandemiyaya qarşı mübarizədə görülən və görüləcək işlər haqqında geniş məlumat verdi.O qeyd etdi ki, görülmüş müfəssəl tədbirlər nəticəsində karantin rejimi tədricən yumşaldılmışdır. Yanvar ayının ortalarından peyvəndlənmə konpaniyası mütəşəkkil şəkildə həyata keçirildi. Artıq peyvənd olunanların 99,94% – i “Sinovak”, qalanı isə “AstraZeneca”, ”Sputnik” olmaqla iki milyon doza peyvənd istifadə edildi və bu da əhalinin 20% – ni təşkil edir. Hal – hazırda bütün vətəndaşlar könüllü olaraq peyvənd olunur və onlara COVİD -19 pasportu təqdim olunur.

Azərbaycan Prezidenti pandemiya ilə əlaqədar keçirilən beynəlxalq tədbirlərdə humanitar təşəbbüslərlə çıxış etmişdir. Prezident cənab İlham Əliyev bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini ictimai şəkildə pisləmişdir Onun bu təşəbbüsündən sonra beynəlxalq hesabatlara əsasən aydın oldu ki, peyvənd dozalarının 82%-i zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0,3%-i az gəlirli ölkələrin payına düşmüşdür.
Məlumdur ki, Azərbaycan dövləti pandemiyanın öhdəsindən gəlmək üçün güclü qlobal həmrəyliyi daim təbliğ etmişdir. Bütün bu təşəbbüslər 2020-ci ilin may ayında keçirilən Qoşulmama Hərakatının Zirvə Toplantısinda və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının hökumət başçıları səviyyəsində keçirilən Xüsusi Sessiyasında ayrıca qeyd olunmuşdur. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu problemin həlli BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər çıxışının təmin edilməsi məqsədilə qətnamə irəli sürüldü və həmin qətnamə cari ilin mart ayında yetdilliklə qəbul olundu. Bu yönümdə nəhayət Azərbaycan inkişaf etmiş ölkələri az inkişaf etmiş ölkələrə dəstək edilməsinə çağırış etdi.

Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr olunmuş 74-cü sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə söz verərkən Ümumdünya Səhiyyə Assambleyasının Prezidenti xanım Deçen Vanqmo dedi: dedi ki, yüksək səviyyəli qonağımızı salamlamaqdan şərəf hissi duyuram və Azərbaycan Respublikasının Prezidenti Zati – aliləri İlham Heydər oğlu Əliyevə söz verməkdən məmnunluq hissi keçirirəm deməklə bu Azərbaycan dövlətinə və onun prezidenti İlham Əliyevə böyük inam və dəyərin nəticəsi idi. Daha sonra Prezident İlham Əliyev çıxışında qeyd etdi ki Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizənin əlaqələndirilməsində Azərbaycanın daim dəstək olacağını bildirdi. Ölkə rəhbəri daha sonra qeyd etdi ki, dünyanı cənginə alan bu dəhşətli virusla qarşılaşan Azərbaycan COVİD-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biridir. Respublikamız Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizədə fəaliyyətini, eyni zamanda, bu qurumun qlobal səhiyyə sahəsində idarəçiliklə bağlı aparıcı rolunu dəstəkləməklə yanaşı, adı çəkilən təşkilatla əməkdaşlıq edib. Bu onun nəticəsidir ki, ötən il Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırıb.Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında əhalinin sağlamlığının qorunması, sosial müdafiəsinin təmin olunması, iqtisadi fəallığının inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılıb.

Prezident İlham Əliyevin reallaşdırdığı siyasət bir daha onu göstərir ki, dövlətimiz üçün insan amili, vətəndaşların sağlamlığı, təhlükəsizliyi və cəmiyyətimizin rifahı başlıca vəzifədir. Bunun nəticəsidir ki, xüsusi karantin rejiminin yumşaldılması məhdudiyyətlərin bir qisminin aradan qaldırılması mümkün olub. Koronavirusla bağlı mübarizdə uğur qazanan və karantin rejimini aradan qaldıran ölkələr kimi Azərbaycan infeksiyanın geniş yayılmaması üçün lazımi məhdudiyyətlərin mərhələli şəkildə ləğvinin zəruriliyini diqqətdə saxlamaqdadır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasəti dünyanın nüfüzlü ölkələri və beynəlxalq təşkilatların rəhbərləri tərəfindən yüksək dəyərləndirilir. Dövlətimizin başçısıınn səmərəli fəaliyyətinə verilən yüksən qiymət, respublikamızın beynəlxalq əmkdaşlıqda tutduğu fəal mövqe qlobal, iqtisadi və humanitar lahiyələrdə liderliyi xüsusi olaraq hər zaman vurğulanır.

ADPU-nun Şamaxı filialının Tədris və elmi işlər üzrə direktor müavini, fəlsəfə doktoru Şasəddin Mikayılov

Paylaşın: