Oxuyaq, öyrənək, öyrədək!
Şamaxı rayon Mədəniyyət Mərkəzinin və “Müasir İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı, Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Oxuyaq, öyrənək, öyrədək” layihəsi çərçivəsində tədbir keçirilib.
Öncə xalqımızın qəlbində əbədiyaşar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının Riyaziyyat və kompüter elmləri kafedrasının sədri, baş müəllim Çingiz Dadaşov və filialın tələbələri də iştirak edirdi. Ç.Dadaşov “Mütaliə müasirləşmənin tələbidir” mövzusunda çıxış edərək daim inkişaf edən və dəyişən müasir cəmiyyətlə ayaqlaşmaq üçün insanın davamlı olaraq mütaliə etməyinin, öyrənməli və özünü təkmilləşdirməyinin zəruri olduğunu bildirib. Çıxışçılar kitab oxumağın faydalarından danışaraq, bunun mənəvi cəhətdən zövqlərin formalaşdırdığını, özünü inkişaf etdirmə prosesi olduğunu, son dövrlərdə gənclərin mütaliəyə marağının artdığını vurğulayıblar.
Qeyd olunub ki, kitab oxumaq insanlarla münasibətdə, gündəlik hadisələrə baxış tərzində, qərarların verilməsində və sair məsələlərdə də mühüm rol oynayan əsas amillərdən biridir. Əyləncə məkanlarında vaxtlarını keçirən gənclər bu vaxtı kitabxanalarda kitab oxumağa ayırsalar, cəmiyyətin ümumi düşüncə səviyyəsi daha da yüksələr.