Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 10 may 2021-ci il tarixində Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur. Respublika Prezidentinin hakimiyyətə gəldiyi vaxtdan Naxçıvana 15-ci səfəri, əvvəlki səfərlər kimi sadecə dövlət başçısının Muxtar Respublikadakı vəziyyətlə tanışlıq məqsədi güdmürdü. Bu səfər tale yüklü problemlərin həllinə xidmət edən bir səfər idi. Bu səfər eyni zamanda Respublika Prezidentinin regionda maraqlı qüvvələrə xüsusi mesajı idi.

Respublika Prezidenti Naxçıvan Muxtar Respublikasının dayanıqlı inkişaf göstəricilərindən, son 20 il ərzində iqtisadi artımın tempinə görə yüksək inkişaf etmiş bölgə olduğunu qeyd etmiş, ümumdaxili məhsulun 10 dəfədən artıq olduğunu göstərmişdir. Naxçıvan Muxtar Respublikasının büdcəsinin Ermənistanın büdcəsi ilə müqayisə olunacaq səviyyədə olduğu bildirilmişdir. Kənd təsərrüfatı ilə bağlı görülmüş işlərin nəticəsi olaraq Naxçıvanın özünü ərzaq məhsulları ilə təmin etməsi Prezident tərəfindən xüsusi vurğulanmışdır.
Bu gün Naxçıvan Muxtar Respublikasının infrasturuktur layihələri şaxələnir və Muxtar Respublika sürətlə inkişaf edir. Belə ki, Muxtar Respublikada qazlaşmanın səviyyəsi, elektrik enerji təchizatı 100%-ə çatmışdır. Vaxtilə elektrik enerji təminatı baxımından bəzi problemlər yaşanan Naxçıvan Muxtar Respublikasında çox böyük enerji potensialı yaradılmışdır. Bu potensial isə Muxtar Respublikanın zəngin təbiətinə və ekoloji vəziyyətinə ən gözəl töhfədir.
Respublikamızın digər bölgələri kimi Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında “Asan” və “Dost” mərkəzləri, vətəndaş məmunluğu göstəricilərinin, ictimai xidmətlərin səviyyəsinin artırılmasında mühüm rol oynayır. Bu mərkəzlər ictimai xidmətlər sahəsində çox əhəmiyyətli bir təchizat, sosial təminat və pensiya təminatı sahəsində uğurlu addımlardır.

Qədim mədəniyyət mərkəzlərindən biri olan, zəngin təbiətə və tarixi abidələrə malik olan Naxçıvan Muxtar Respublikası eyni zamanda böyük turizm potensialına malikdir. Yeni təyyarə reyslərinin açılması bunu deməyə imkan verirki, Pandemiyadan sonra Naxçıvana gəlmək nistəyən qonaqların sayı artacaq və Muxtar Respublika ölkəmizin ən inkişaf etmiş turizm bölgələrindən biri olacaqdır.

Naxçıvanda hərbi aerodromun və hərbi hospitalın açılması hərbi potensialın artmasına, Muxtar Respublikanın təhlükəsizliyinə xidmət edir. Bu məqsəd üçün hərbiçilərin xidmət və məişət şəraitlərinin yaxşılaşdırlması daim diqqət mərkəzində saxlanılır. Yeni hərbi hissələr tikilir, mövcud hərbi hissələr yenidən qurulur. Bu baxımdan Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı xüsusilə əlamətdar hadisədir. Bu hospital Muxtar Respublikanın ən böyük tibb müəssisəsidir. Bütün bunlar sözsüz ki, Muxtar Respublikanın təhlükəsizliyinin təmin edilməsində Dövlət başçısının ən böyük qayğısıdır.

Bu qayğının nəticəsidir ki, Naxçıvanda yaradılmış Ümumqoşun Əlahiddə Ordu daim yüksək hazırlıq saviyyəsində olmaqla NATO standartlarına cavab verən xüsusi statuslu hərbi vahiddir. Ordu yüksək döyüş qabiliyyətinə malik olmaqla təkcə Naxçıvan Muxtar Respublikasının sərhədlərinin deyil, bütövlükdə Respublikamızın hüdudlarının müdafiə olunmasında çox böyük rol oynayır. Ikinci Qarabağ müharibəsində Naxçıvan ordusunun hərbiçilərinin böyük fədakarlığı və qəhrəmanlığı, xüsusilə Günnüt əməliyyatı Naxçıvan ordusunun potensialının göstəricidir. Naxçıvan ordusu ən müasir silah və texnika ilə təchiz edilmişdir. Mövcud texnika bəzi qabaqcıl ölkələrdə olan texnikalardan üstündür.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında Dağlıq Qarabağ münaqişəsinin həm döyüş meydanında, həm də masa arxasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması baxımından həlli buna misaldır. 44 günlük Vətən müharibəsində Şanlı ordumuz düşməni ağ bayraq qaldırmağa, kaputilyasiya aktını imzalamağa məcbur etdi. 10 noyabr 2022-ci ildə imzalanmış bu tarixi sənəd təsdiq etdi ki, Azərbaycan Respublikası ərazisində artıq Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Hərbi əməliyyatların gedişi sübut etdi ki, Ermənistanın nə gücü, nə iradəsi, nədə ki, mənəvi haqqı var. Onlar Şanlı Azərbaycan ordusunun gücü, iradəsi və cəsarəti qarşısında əzildilər, dəmir yumruq da yedilər.

Zəngilanı Naxçıvandan ayıran 40 km-lik Zəngəzur dəhlizi olduğundan bu dəhlizin açılması strateji əhəmiyyət daşıyır. Dəhlizin açılması məqsədilə artıq dövlət başçısının tapşırığı ilə Horadiz- Ağbənd dəmiryolunun inşasına başlanmışdır. Bu dəmiryolu tikildikdən sonra bütün infrastrukturlar yaradılacaq və Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla birləşəcəkdir. Daha sonra isə bizim növbəti tarixi uğurumuz Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək olacaqdır.
Azərbaycanın Qarabağ münaqişəsinin müqəddəratını müstəqil şəkildə həll etmək iqtidarında olduğunun dünya şahidi oldu. Aydın oldu ki, kimlərinsə Azərbaycanın daxili işlərinə qarışmaq, ədalətsiz bəyanatlar verməsi yolverilməzdir. Bu dövlətlər başa düşməlidirlər ki, artıq Azərbaycan 2020-ci il noyabrın 10-na qədərki Azərbaycan deyil.

Azərbaycan Respublikasının bütün istiqamətlər üzrə əldə etdiyi uğurların bünövrəsini, təməlini təkcə Azərbaycanın hüdudları çərçivəsində deyil, dünya miqyasında böyük hörmət qazanmış, müstəsna xidmətləri olmuş, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz onun rəhbərliyi altında XX əsrin 70-ci illərdindən Azərbaycan ayağa qalxmış, geridə qalmış aqrar ölkədən, sənaye ölkəsinə çevrilmişdir. Sovet Respublikaları içərisində ən qabaqcıl Respublikaya çevrilmişdir. Blokadada yaşayan, üç tərəfdən Ermənistanla əhatə olunan Naxçıvan Muxtar Respublikasını qorumaq Ulu Öndərin müstəsna xidmətlərindəndir.

Azərbaycanda dövlət müstəqilliyi bərpa olunduqdan sonra onu parçalamaq, məhv olmaq təhlükəsindən, vətəndaş müharibəsindən, qardaş qırğınından xilas etmək üçün dahi şəxsiyyətin 1993-cü ildə hakimiyyətə gəlişinin nəticəsi olaraq xalqımız bu ağır sınaqlardan üzüağ çıxa bildi. Məhz bugünki uğurların, Zəfərin bünövrəsi o vaxt böyük tarixi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Müasir Azərbaycan Respublikası və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası Ulu Öndərin layiqli varisi və davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf etməkdədir.

Sosial və pedaqoji elmlər kafedrasının baş müəllimi Fəxrəddin Məmmədov.

Paylaşın: