“N.İ.Loboçevski, Qeyri-evklid həndəsəsində bəzi əsas anlayışlar” mövzusunda elmi seminar
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında tədrisin səmərəliliyini artırmaq məqsədilə müəllim və tələbələrin iştirakı ilə elmi seminarlar, dəyirmi masalar təşkil olunur. Növbəti elmi seminar 22 noyabrda Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Əlişah Eyyubov tərəfindən “N.İ.Lobaçevski, Qeyri-Evklid həndəsəsində bəzi əsas anlayışlar” mövzusunda keçirildi.
Seminarda filialın direktoru, dos.Tünzalə Yusifova, professor-müəllim heyəti və tələbələr iştirak edirdilər.
Seminarın təlimçisi Əlişah Eyyubov Qeyri-Evklid həndəsəsinin banisi N.İ.Labaçevskinin həyatından, Kazan Universitetindəki elmi və rektorluq fəaliyyətindən danışdı. Qeyd olundu ki, məşhur alim Qeyri – Evklid həndəsəsinin əsasını qoymuş, Hiperbolik həndəsəni yaratmış, bu sahədə fəliyyətinə görə orden və medallarla təltif olunmuşdur. Daha sonra Qeyri-Evklid həndəsəsinə misal olaraq Rimman həndəsəsindən, Qeyri-Evkilid həndəsəsinə aid bəzi anlayışlardan bəhs olundu.
Qarşılıqlı diskusiya şəklində keçən seminarda tələbələrin fəallığı belə tədbirlərin tələbələr üçün maraqlı və faydalı olduğunu göstərir.