“Sosial və pedaqoji elmlər kafedrasında” 13 oktyabr 2021-ci ildə kafedranın müəllimi, f.ü.f.d. Mikayılov Şasəddin tərəfindən “Multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasətidir” başlığı altında növbəti elmi seminar keçirilmişdir.
Mühazirəçi öz çıxışında, ölkə başçısı Prezident İlham Əliyevin apardığı multikultural siyasətin mahiyyəti, xüsusiyyətləri, nəzəri- ideoloji və hüquqi – normativ əsaslarından söhbət açdı.
O, bir daha qeyd etdi ki, Azərbaycanda qədimdən müxtəlif etnik qruplar yaşamışdır. Etnik, irqi, dini və mədəni müxtəlifliklər bu gün də dövlət tərəfindən tənzimlənir. Bu isə çox böyük praktiki əhəmiyyət kəsb edir.