Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialının Dil – ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının və Tələbə Gənclər Təşkilatının birgə əməkdaşlığı ilə dahi şair Mirzə Ələkbər Sabirin ev muzeyinə ekskursiya təşkil olundu.
Ekskursiya zamanı kəm.kafedranın müəllimləri, həm də muzeyin əməkdaşları tərəfindən tələbələrə muzey haqqında ətraflı məlumat verildi. Qeyd olundu ki, Muzey 1962-ci ildə, şairin doğumunun 100 illiyi münasibətilə yaradılmışdır. M.Ə.Sabirin uşaqlıq, təhsil illərinə, səyahətlərinə aid eksponatlar və şairin sabun bişirdiyi qazanın maketi burada nümayiş olunur. Həmçinin XIX – XX əsrlərə aid məişət əşyaları, muzeyə verilən hədiyyələr, M.Ə.Sabirin müasirlərinin şəkilləri, tədqiqatçılarının əsərləri, Molla Nəsrəddin jurnalının nümunələri və s. eksponatlar muzeydə sərgilənir.
Daha sonra şairin Şamaxıda “Yeddi Günbəz” qəbirstanlığında yerləşən məzarı ziyarət olundu.
Ekskursiya tələbələrimiz tərəfindən maraqla qarşılandı.