16 aprel 2025-ci il tarixində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası tələbələri üçün təşkil olunmuş növbəti təlim keçirildi. Təlim, Dil-ədəbiyyat və onların tədrisi texnologiyaları kafedrasının müəllimi Şükürova Sənubər Fəqani qızı tərəfindən aparıldı. Təlimin əsas məqsədi, tələbələrin Azərbaycan dili fənni üzrə MİQ (Müəllimlərin İşə Qəbulu) imtahanı haqqında ətraflı məlumatlandırılması və bu imtahana hazırlıq prosesinə yönəldilmiş praktiki məşğələlərin təşkil olunması idi.

Təlimin əvvəlində, Şükürova Sənubər müəllimə tələbələrə Azərbaycan dili fənni üzrə MİQ imtahan proqramının məzmunu və strukturu haqqında ətraflı məlumat verdi. O, imtahanın hər bir hissəsi, tələb olunan bilik və bacarıqlar barədə izahlar verərək, hansı mövzulara xüsusi diqqət yetirilməli olduğunu vurğuladı. MİQ imtahanının uğurla keçilməsi üçün tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlarını da inkişaf etdirmələrinin vacibliyini bildirdi.

Təlimin praktiki mərhələsinə keçildikdən sonra tələbələr verilən testlər üzərində çalışdılar. Bu mərhələdə, onlar nəzəri biliklərini real imtahan vəziyyətində tətbiq etmək imkanı qazandılar.

Praktiki mərhələnin sonunda, təlim iştirakçıları tərəfindən ortaya çıxan suallar cavablandırıldı.

Bu təlim, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası tələbələrinin professional inkişafına mühüm töhfə verdi və onların gələcəkdə müəllimlik peşəsinə hazırlığını daha da möhkəmləndirdi.

 

Paylaşın: