2025-ci ilin 16 aprel tarixində Riyaziyyat və informatika, Tarix və coğrafiya müəllimliyi ixtisası tələbələri üçün təşkil olunan növbəti təlim sessiyası baş tutmuşdur. Təlim, Pedaqogika və psixologiya kafedrasının müəllimi Abdullayeva Səməngül Tacəddin qızı tərəfindən aparılmışdır.
Təlimin başlanğıcında tələbələrə Pedaqogika fənni üzrə MİQ imtahan proqramı haqqında ətraflı məlumat verilmiş, proqramın strukturu və qiymətləndirmə meyarları izah olunmuşdur. Daha sonra, nəzəri biliklərin tətbiqi məqsədilə praktiki mərhələyə keçilmiş, tələbələr verilən tapşırıqlar üzərində işləyərək öz biliklərini praktiki şəkildə tətbiq etmək imkanı əldə etmişlər.
Təlimin sonunda iştirakçılara maraq doğuran mövzularla bağlı suallar verilmiş və cavablandırılmışdır. Bu interaktiv yanaşma, tələbələrin həm nəzəri biliklərini möhkəmləndirməsinə, həm də gələcək imtahanlara hazırlıq baxımından faydalı olmuşdur.